lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu badclause music – pərdə arxası

Loading...

[nəqərat]
baxışların səma, gözlərinsə ay~günəşim
kirpiklərin ulduzlar, göz qapaqların cəhətim
tək qalmışam, (tək~tənha) zülmət hər tərəfim
soyuq gecə, soyuqdur necə…
mən ötüb keçər deyə düşünürəm hələ

[bənd 1]
necə ki ötüb keçib istəmədən itirdiyimiz hər şey
necə yaddan çıxıb, o doğmalıqlar, gör necə yadlaşmışıq…
artıq göz~gözə gəlsək də, dodaqlar dinmir
ruhlar tanışdır çoxdan, ürək isə tanıya bilmir

insanı dəyişən elə məncə tənhalıqlar olur
çünki özün öz səhvlərinlə məcbur olaraq üzləşirsən
həyatsa elə bir tələdir ki, ora həm düşmək, həm çıxmaq olur
əgər ki, elədiyin düşündüyünlə düz gəlirsə

nə qədər göz yumacağıq olanlara?
nə qədər yalandan “yaxşıyıq” deyəcəyik hal soranlara
hara qədər saxta təbəssümlə günlər ötəcək ömürdən?
kimləri alacaq yaradan, kimi döndərəcək ölümdən?

hər şey təsadüfdür, bəlkə də səhv qərar düzdür
nə vaxtsa ölür sevgi, amma ki, nifrət ölümsüzdür
yaşamaq könülsüzdür, həyata gözün toxdursa
çox pul da mənasızdır, qoyacağın boş cibin yoxdursa

[nəqərat]
baxışların səma, gözlərinsə ay~günəşim
kirpiklərin ulduzlar, göz qapaqların cəhətim
tək qalmışam, (tək~tənha) zülmət hər tərəfim
soyuq gecə, soyuqdur necə…
mən ötüb keçər deyə düşünürəm hələ

[bənd 2]
hər kəs doğrudursa əgər günahkardır kim?
hər şeyi rədd eləyib çıxıb getmək necə asandır ki?
nədənsə yüz haqsızlıq görürük bir az haqq edib
adətən dəlilər böyük düşünür, ağıllı axmaq kimi

nə dost, nə tanış, nə də ki, doğma birisi çatır köməyinə
qalırsan sarayda möhtac, kasıbın yavan çörəyinə
fikirlərin anlaşılmazdır və əl çatmır ürəyinə
saxtadır həqiqətlər, düşürük onun~bunun kələyinə

bizi xilas edən yoxdur, dustaq olmuşuq daha
bizə mərhəmət göstərən yox, həyat çəkir çarmıxa
pambığı yığıb sandığa, gizlətdik həqiqətləri
hər şey darmadağındır, artıq yox səliqəm qəti

göylər yerin güzgüsü, əslində yoxdur səma
tanrı gözlərini yumur və qaranlıq çökür tamam
həyat çəkir sınağa, (vurur, yıxır) qəddarcasına
gülə bilmirsən ürəkdən, dərdin dönür dağa
(çünki,sənin)

[nəqərat]
baxışların səma, gözlərinsə ay~günəşim
kirpiklərin ulduzlar, göz qapaqların cəhətim
tək qalmışam, (tək~tənha) zülmət hər tərəfim
soyuq gecə, soyuqdur necə…
mən ötüb keçər deyə düşünürəm hələ


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...