lirik lagu badclause music – od
[bənd] [badclause]
hisslər tanrıdır, xaliq olan mənəm
ən gözəl dərdə layiq olan mənəm
müharibəsiz tək qalib olan mənəm
ən gözəl həyata ani qonaq gələn
ölümdən betər aldığım hər nəfəs
agah edir məni ~ dönüm bəlkə də
bir neçə söz ilə könül fəth edən
yalançının bitir ömrü qəflətən
sönür pərdələr yandırır ocağımı
günəşin naləsi şəfəq vaxtında
unudasan hər kəsi gərək vaxtında…
fələk çarxında
dövr edən aləmin əlacı yoxdur ki
hakim ola nəfsə cənnət bağında
hər yan dağ onda bir ağac budağından
qopdu meyvə yarandı od onda
qanadı qolundan ayrı düşən bir kəs var idi
qaçan insan donunda
gözdən itdi qürub edəndə günəş
və yer~göy peşman oldu bir əməldən
nur camalından vəhşilik axırdı
çirkab ruhuna övladi adəm
havaya qarışan su damcısı oda həsrət
bədən isə torpaqdan ibarət
milyon ilə xas düşüncələrə məhk~m
ağlımı bir neçə fikir qarışdırır
doğru cavabı tapmaq yerinə
sualı düzgün verə bilməkdir çalışdığım
iyirmi bir il öncə cismim gəlibsə
ruhum hardaydı indiyə kimi?
kim olduğumu kimsələrdən soruşmaq istədim
özgə cildinə girib
sağ qalanlardan adımı soruşdum
dedilər ölülər daha yaxşı bilər
ölülərə soranda cavab gəldi ki
sağ qalanlar elə sən kimilərdilər
minlərlə insan, onlarla dini inancın arasından bir dahi
onun ölümü hər kitabda yazılır
amma öldürənin ömrü şifahi
“qiyabi olan əfsanələr idi.”
seyrinə çıxdığım ellərin eybini
qeyd edəndə gileyini nə biləydim?
leyl ilə geydirdiyi meyidi qeyb edən
insanın gərək ürəyini görəydim
… yenə deyinəydim, gərək
ürək~dirək verib öyünəydim ki
mən həyatın o yolunu keçmişəm çoxdan
ona görə yerə vurma kürəyini
məni bir də can verəndə görəydin
ürəyim köləydi körpətək əllərində
mən can tapardım ömrün qəfəsində
və çırpınardım hər dəfəsində
hər nəfəsimdə sənə and verən kəsəm
otağında dolanan ən qəliz səsəm
səni çox sevəcəm! söz verirəm!
əgər sirrimizi tanrı bilməsə…
Lirik lagu lainnya:
- lirik lagu lmp (la musique populaire) – music! music! music!
- lirik lagu kenzerr – peur
- lirik lagu שם טוב האבי – ha’ezrach hakatan – האזרח הקטן – shem tov heavy
- lirik lagu zhonor – crystal
- lirik lagu steve aoki – last of me
- lirik lagu diego money – fasho freestyle pt. 2
- lirik lagu mchunnidbandz – in god we trust
- lirik lagu ellie capocci – cut my teeth
- lirik lagu amy peters – supernatural
- lirik lagu greg monk – best friend forever