lirik lagu anar nağılbaz – narkodünya (remix)
[nəqərat]
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var…
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var – “narkodünya”
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var – “narkodünya”
[bənd 1]
səhər ayılıram şirin yuxudan
baxıram, qardaşım yoxdur yataqda
atam, anam işdə, ev boş olandan
gizlənib hallanır, uçur otaqda
yuyuram üzümü, dişi yuyuram
yeməyimi yeyib gedirəm işə
dönürəm, işçilər yenə uyublar
onları tutubdur yamanca nəşə
[nəqərat]
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var…
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var – “narkodünya”
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var…
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var – “narkodünya”
[bənd 2]
vururam işimi başa birtəhər
taksi gözləyirəm evə dönməyə
görürəm nəşəli gəzir bir nəfər
çıxıb yol üstünə, hazır ölməyə
bəxtimə saxladı biri maşını
əyləşib maşına dedim adresi
geriyə çevirdim yolda başımı
gördüm nəşə çəkir, gəlmir nəfəsi
hava küləklidir, yolu basıb qar
ah, bu yol adamı necə də yorur
məhlənin tinində gördüm, uşaqlar
yığılıb bir yerə “kazbek” doldurur
girirəm bloka, görürəm, ikisi
qollarını sıxıb iynələnirlər
həyat axtarıram mən narkotiksiz
bir narkotik olub hər bir qəm~kədər
[nəqərat]
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var…
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var – “narkodünya”
[bənd 3]
dayanmır çırpınır, çırpınır ürək
çırpı~çırpı, çırpı~çırpı, çırpı~çırpınır ürək
çırpınır
çırpı~çırpı, çırpı~çırpı, çırpı~çırpınır ürək
çırpınır sinəmdə sanki saattək
güllələr şimşəktək bədənə yağır
bu gün hava ağır, nəfəsim ağır
bu gün hava ağır, nəfəsim ağır
[nəqərat]
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var – “narkodünya”
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var – “narkodünya”
qulaqda bir söz var – “narkodünya”
dil üstə bir köz var – “narkodünya”
Lirik lagu lainnya:
- lirik lagu rilops – energy
- lirik lagu 77 bombay street – clown
- lirik lagu yonca evcimik – sexy (version 2)
- lirik lagu píncaro – raiva
- lirik lagu thelma houston – handsome dudes
- lirik lagu over october – moments
- lirik lagu sara roy – poetes
- lirik lagu 6iant – kandıra kandıra
- lirik lagu kevin quinn – best thing ever (reprise)
- lirik lagu alie gatie – bigger person