lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu amina shirin – ölüm haqdır

Loading...

[nəqərat]
günlərin bir günü dünya verəcək badə məni

bir adam görməyəcək bir də bu dünyada məni

[bənd 1]
mən ölərkən eşidib halıma düşmən güləcək
görəsən, dərdə batan yazıq anam neyləyəcək?
nə yarım axtaracaq, “haradadır, yarım?” deyəcək
nə də bir can dediyim kəs salacaq yada məni
[nəqərat]
günlərin bir günü dünya verəcək badə məni
günlərin bir günü dünya verəcək badə məni
bir adam görməyəcək bir də bu dünyada məni
bir adam görməyəcək bir də bu dünyada məni

[bənd 2]
eybi yox, qoy mən ölüm, siz qalasız sağ, dostlar
dost deyib qəlbimə çox çəkdi dağ alçaq dostlar
həmi yaltaq, həmi satqın, həmi qorxaq dostlar
gördülər hər zaman aldanmağa amadə məni

[nəqərat]
günlərin bir günü dünya verəcək badə məni
günlərin bir günü dünya verəcək badə məni
bir adam görməyəcək bir də bu dünyada məni
bir adam görməyəcək bir də bu dünyada məni

[bənd 3]
sən, ilahi, məni nadanlara bənzətməmisən
üzü insan, içi şeytanlara bənzətməmisən
o təkəbbür dolu insanlara bənzətməmisən
yenə min şükr ola xəlq eyləmisən sadə məni

[nəqərat]
günlərin bir günü dünya verəcək badə məni
günlərin bir günü dünya verəcək badə məni
bir adam görməyəcək bu dünyada məni
bir adam görməyəcək…
[çıxış]
varlığımçün darıxanlar məni xatırlasalar
yad edərlər bu nəqəratdakı misrada məni…

Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...