lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ali ashikar – üzbəüz

Loading...

ara bir zəng et mənə
özün də bilirsən ki, heç bir işim düz getmir
daha taqətim yoxdur o yolu bir də tək getməyə
çün, bizə xoş gün yaşadanlar gedəndə xoş getmir

gözündə gözüm qalıb
mən sənə hələ də vurğunam, ürəkdə sözüm qalıb
güzgüdə üz cizgilərin, otaqda səsin qalıb
yadımda son cümlələrin, əlvida sözün qalıb

gedənlər unudulmur
gedənlər elə gedir ki dönəcəyinə bir ümid olmur
ona görə saatlarla gözləməyinə dəyməz onu
görən hər şeyin bir sonu var deyəmi sevgi sonsuz olur?

səni mənsiz görəndə niyə görən mən ölməmişdim?
niyə bizi ayıranlar dar günümüzə gəlməmişdi?
nə deyər deyə düşünürdüm məni sənsiz görənlər?
utanıb yerə girmişdim səni mənsiz görəndə

chorus (x2)

gündən günə dəyişir həyat
birdən birə yerə düşürəm
mənsiz gecələri üşüyən
bəlkə də sənsən, yenə məni düşünən
verse 2

özümlə barışmıram
o həddə çatmışam ki dözümdən heç danışmıram
qaldı ki sənlə barışmaq həyata küsmüşəm mən
bildiyin sular dayaz dərinlikdə üzmüşəm mən

əlimi əllərindən üzmüşəm mən
nə sevginin soyadı, nə ayrılığın adı yoxdur
daha təəccüblü deyil neçə belə üz görmüşəm mən
nə yağan yağışların, damcıların dadı yoxdur

son dəfə güldüyüm heç yadıma gəlmir
nə əllərim qələmə, nə qələm kağıza dəymir
bəlkə də sona yaxınam, uzaqlarda yol görünür
ayağım dasa ilişir, di gəl başım daşa dəymir

hər nə etsəm olmur yəni
nə qədər yoxlamışam, səndən sonra alınmayıb
duyğular yığılır içimdə, birləşib gözdən gəlir
illər sonra tanımayacaqsan bəlkə də görsən məni

chorus(x2)

gündən günə dəyişir həyat
birdən birə yerə düşürəm
mənsiz gecələri üşüyən
bəlkə də sənsən, yenə məni düşünən
https://www.youtube.com/watch?v=fcsyjw5axfy


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...