lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ali ashikar – əyyaş

Loading...

[bənd 1]
bir gün səni itirəcəyimi bildiyimçün
o qədər rahat idim ki
o gün gəldi çatdı, itirdim
məni bir daha sən axtarmadın ki

iki yer boş qaldı hər zaman
səndən sonra da çox oldu, lakin
amma kimləsə sən qədər olmadı
nə mümkündür axı unutmaq ilki?

il kimi gəlir indi hər günüm
nə etsəm belə, mən öyrəşə bilmədim
gör kimə görə kimi itirmisən sən?
yad kimi rəsminə söykənir əllərim

hər gülü dərmədim ki, yar bağında
sənə tay olan başqa birini tapmayım
bir neçə qurtum sevgi, bir az sən
bir neçə mahnı da kədərini saxlayır

bir gecə ağılda səs~küyün ağlayır
otağım darmadağın, boş külqabı
içkili halda da düşünmürəm səni
əyyaşdır bədəni, ruhu torpağın
quru bir salamdan heç nə qalmayıb
o da məni sevib, amma, heç axtarmayıb
bir dəfə olsun məni yada salıb da
ağrılarımla maraqlanmayıb

ən az mən qədər sevə bilər insan
ən az sən qədər dəyişə bilər
gəl, az bir müddətim qalıb sənə çatmağa
bəlkə də yollar kəsişə bilər

ya da yuyub aparar yağış ətrini gətirən
boz küçələrdəki xatirəni
sənin də məndə bir xətrin qalıbsa
o da gözlərinin xətrinədir

[nəqərat]
yazıram ağ vərəqə o gözəl gözlərindən yenə
deyiləm hisslərimdən dönən
düşürəm əllərindən yerə
ki, görən olmasın

yazıram ağ vərəqə o gözəl gözlərindən yenə
deyiləm hisslərimdən dönən
düşürəm əllərindən yerə
ki, görən olmasın
[bənd 2]
bir~birimizi bizə düşmən edərdin
bir səni isidər, minin üşüdərdim
gözdən axıb sən ürəyə düşərdin
mən tək səni yox, bizi düşünərdim

bizi üşüdərmi ki, yağan yağış
əgər əllərim üstünə çətir tutarsa?
mən sənə necə deyim ki, gəl?
necə məcbur edim səni, qəlbin onunsa?!

səndən mənə yadigar bir~iki rəsm
və başqa da heç nəyin qalmayıb
düşünmə sən mənim vaxtımı almısan
səni sevmək mənim vaxtımı almayıb

gözəl günlər də keçirmişik
neçə özəl günlərdə görüşmüşük?
biz sıradan günləri qeyd edən
iki insan kimi illəri bölüşmüşük

bir gün səni gecə görərəm qoca
mənim üzüm qədər sənin əllərin qırış
yadımda bir neçə mürgülü xatirə
yanında bir körpə gözlərin tanış
silib artıq məni yaddaşından
ona doğma gəlir mənə yadlaşanlar
itirmişəm səni çoxdan, bəlkə də
tapa bilməmişəm heç ən başından

özlüyündə sən də haqqlısan
sevə bilməzdin mən kimi birini
mən səni incitməməliydim
olmamalıydın qurbanı dilimin

çəkirəm indi peşmançılığın
fayda vermədiyini bildiyim halda
heç nə olmamış kimi davranar
amma gözdən kənarda inciyib, ağlar

[nəqərat]
yazıram ağ vərəqə o gözəl gözlərindən yenə
deyiləm hisslərimdən dönən
düşürəm əllərindən yerə
ki, görən olmasın

yazıram ağ vərəqə o gözəl gözlərindən yenə
deyiləm hisslərimdən dönən
düşürəm əllərindən yerə
ki, görən olmasın


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...