lirik lagu akif islamzadə – olmaz-olmaz
[giriş]
ey çərxi~sitəmkar, dili nalana toxunma
ey çərxi~sitəmkar, dili nalana toxunma
hicr aləmidir, etdiyim əfqana toxunma
ey badi~səba, ey badi~səba, uğrar isən, yarə salam et
tel qırma, fəqət zülfi~pərişana toxunma
ey badə, əgər yarım içərsə səni mənsiz
ver nəşə, ver nəşə, fəqət nərgizi~məstanə toxunma
verməm sənə, verməm sənə, çək məndən əlin, ey mələkül~mövt
verməm sənə, verməm sənə, çək məndən əlin, ey mələkül~mövt
cananıma nəzir eylədiyim cana toxunma
verməm sənə, çək məndən əlin, ey mələkül~mövt
cananıma nəzir eylədiyim cana toxunma, toxunma…
[bənd 1]
sahil sakit, çəkilibdir ayaqlar
coşan dalğa qayaları qucaqlar
sahil sakit, çəkilibdir ayaqlar
coşan dalğa qayaları qucaqlar
deyəndə ki, gəl qayıqla üzək, yar
deyəndə ki, gəl qayıqla üzək, yar
çatıb qara qaşlarını nədən sən
“olmaz~olmaz, olmaz~olmaz” ~ deyirsən?
çatıb qara qaşlarını nədən sən
“olmaz~olmaz, olmaz~olmaz” ~ deyirsən?
[bənd 2]
ay ucalır, gecə olur tən yarı
əynin n~z~k, əsir dəniz rüzgarı
ay ucalır, gecə olur tən yarı
əynin n~z~k, əsir dəniz rüzgarı
üşüyürsən, bir yaxına gəl, barı
üşüyürsən, bir yaxına gəl, barı
qəzəbdənmi, alovdan don geyirsən?
“olmaz~olmaz, nənəm qoymaz” ~ deyirsən
qəzəbdənmi, alovdan don geyirsən?
“olmaz~olmaz, olmaz~olmaz” ~ deyirsən
[bənd 3]
sübh şəfəqi bürüyəndə aləmi
töküləndə çiçəklərin şeh nəmi
sübh şəfəqi bürüyəndə aləmi
töküləndə çiçəklərin şeh nəmi
deyəndə ki, gəldi ayrılıq dəmi
deyəndə ki, çatdı ayrılıq dəmi…
qəzəbdənmi, alovdan don geyirsən?
“olmaz~olmaz, olmaz~olmaz” ~ deyirsən
buraxmayıb əllərimi əlindən
“olmaz~olmaz, olmaz~olmaz” ~ deyirsən…
Lirik lagu lainnya:
- lirik lagu crashdïet – within the sleaze
- lirik lagu kay.mp3 – idiota!
- lirik lagu sb x ys – tom cruise
- lirik lagu triston palma – two-timer
- lirik lagu maruchi – ♡ascőrb1c///hőri___2
- lirik lagu xxxbi$entb0y$ – piroca song
- lirik lagu josiah marty – horizon
- lirik lagu german fitchson – runner’
- lirik lagu free cake for every creature – soup in bed with you
- lirik lagu dzsúdló – várnék