lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu abd malik (dəyirman) – keçəl sevgi

Loading...

[bənd 1]
ürəkdə cızıq, ulayır sanki külək
at məni külə, gülə
sənin dərdinəm, bilirəm
saxla dünyanı, mən burda düşürəm

qorxuram ki, bir gün özgə olarsan
tez əlini ver mənə, hələ ki, burdasan
məhk~mam, günahdır adın
və mənim eybəcər, plastilin sevgim

sevginə heykəl qoyaram, qadın
bilirəm, nəfəsimdən yanır yanağın
isti frazalar olub raritet
aramızda “əzizim” sözü sadə epitet

doğrudan sözlər ~ ilıq sevinc
qranit baxışlar, bu hamısı mənəm ~ gic
eybəcər, cızma~qara sevgidə
əksin görünür məyus qəlbimdə

[nəqərat]
saxla sevigimi, mən burda düşürəm
(mən burda düşürəm)
mən sənin keçəl sevginəm, bağışla…
saxla sevigini, mən burda düşürəm
(mən burda düşürəm)
mən sənin keçəl sevginəm, bağışla…

[bənd 2]
asfalt üstü “mel”lə çəkdim qəlbimi
keç üstündən, sil ətrini
sən olmayan günlərə qayıtmaq səfehlik
sanki kölgəni azdırmaq

sənin yaş qanadlı məhəbbətinəm
ürək dərzisi, əzab hörəni
illərim, çəkilin, mən gəlirəm
karton xatirələrin qoruyanı

sevgim parçalandı tikə~tikə
soyuq yerdə qalıb hissə~hissə
tapdalayır ayaqqabılar yekə~yekə
qaldırıb yığan yox keçə~keçə

[keçid]
ürəkdə cızıq, ulayır sanki külək
at məni külə, gülə
sənin dərdinəm, bilirəm
iztirablı, keçəl sevginəm
[nəqərat]
saxla sevigimi, mən burda düşürəm
(mən burda düşürəm)
mən sənin keçəl sevginəm, bağışla…

saxla sevigini, mən burda düşürəm
(mən burda düşürəm)
mən sənin keçəl sevginəm, bağışla…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...