lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu abbas bağırov – qəfil gediş

Loading...

[bənd 1]
sən ümid çırağı olmuşdun mənə
ayrıldıq, bu gündən söndü çırağım
qayıtmaq eşqinə düşmüsən yenə
daha xəzan olub məhəbbət bağı

itib aramızda, inam, etibar
qayıdıb gəlməyin nə mənası var?
özün də çox gözəl bilirsən bunu
yalançı aşiqin bərk cəzası var

[nəqərat]
qəfil gedişinlə yazı qış etdin
yağdırdın başıma yağış, qar, dolu
nə fəryad, nə haray, nə ah eşitdin
bağladı qarşımı həsrətin yolu

qəfil gedişinlə yazı qış etdin
yağdırdın başıma yağış, qar, dolu
nə fəryad, nə haray, nə ah eşitdin
bağladı qarşımı həsrətin yolu

[bənd 2]
qul oldum eşqinə, budurmu qismət?
budurmu gözündə yaş olan istək?
sənə yar deməyə dilim dönməyir
qayıtma, get, düşün, öz cəzanı çək
həsrətin çəkməyə alışdı gözüm
nə səndə insaf var, nə məndə dözüm
artıq qayıtsan da gecdir, əzizim
qəlbimin yarasın bağlaram özüm

[nəqərat]
qəfil gedişinlə yazı qış etdin
yağdırdın başıma yağış, qar, dolu
nə fəryad, nə haray, nə ah eşitdin
bağladı qarşımı həsrətin yolu

qəfil gedişinlə yazı qış etdin
yağdırdın başıma yağış, qar, dolu
nə fəryad, nə haray, nə ah eşitdin
bağladı qarşımı həsrətin yolu

nə fəryad, nə haray, nə ah eşitdin
bağladı qarşımı həsrətin yolu


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...