lirik lagu abbas bağırov – dünya
[bənd 1]
heç nə istəmirəm səndən, ay dünya
hər səhər günəşi qaytar xəzərə
məni ona, buna möhtac eyləmə
imkan ver, yaşayım mən bircə kərə
heç nə istəmirəm, qaytar baharı
ruhuma çiləyim bir ətir kimi
heç nə istəmirəm, başım üstündə
ulduzlu göyləri aç çətir kimi
heç nə istəmirəm səndən, ay dünya
könlümün nədir ki, arzu~diləyi?
mənə qanad versin mavi dalğalar
saçımı darasın bakı küləyi
[bənd 2]
heç nə istəmirəm, çiçəklər kimi
könüllər açılsın, sevgi bitirsin
hər payız durnalar köçsün qürbətə
hər bahar ömrümə soraq gətirsin
mən olum, bu torpaq, bu mavi səma
belə səadəti hardan taparsan?
nur kimi bir yağış yağsın üstümə
bütün nisgilimi yuyub aparsın
bu dünya mənimlə qurtaran deyil
bütün sirlərimlə tanışam ona
mənə ömür kimi axan bulaq ver
hər səhər yuxumu danışım ona
bu dünya mənimlə qurtaran deyil
bütün sirlərimlə tanışam ona
mənə ömür kimi axan bulaq ver
hər səhər yuxumu danışım ona
heç nə istəmirəm səndən, ay dünya
könlümün nədir ki, arzu~diləyi?
mənə qanad versin mavi dalğalar
saçımı darasın bakı küləyi
Lirik lagu lainnya:
- lirik lagu hailey bratcher – pretty lies
- lirik lagu de la ghetto & marco acevedo – perdiendo el control
- lirik lagu prototype plvs – chez moi
- lirik lagu drippin so pretty – liar
- lirik lagu lein (prod. by bezdna) – leto
- lirik lagu lillune – ghost spirit
- lirik lagu oliver ignatius – no way home
- lirik lagu rei ami – do it right
- lirik lagu トリプル・エー (aaa) (jpn) – gotta love me
- lirik lagu 147unique – higher