lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu yaşar cəlilov - say (remix)

Loading...

[bənd 1]
sən say, say, say
sayıb qurtara bilsən, ver mənə hay
“bye~bye~bye”
özün elədin, hər şey oldu zay

vay~vay, nə edim?
hər şey bitdi tək sənə görə
eybi yox, fikirləş oldu mənə görə
sən deyən olsun

[keçid]
inanmıram artıq sənə
boş yerə çox yorulma, xeyri yox yenə
istərsən, get, yaz bir yerə
say, bax gör, kimlər gedib, kimlər var hələ

[nəqərat]
say onu, say bunu, say, sonu yoxsa
say onu, say yüzü, say mini çox
say, say yenə, say hələ, say belə, varsa
say günü, say ayı, say ili, çıx

[bənd 2]
yenə o dərs kim alacaq?
kim qalacaq səninlə səndən savayı?
qiyabi tanıdım səni
bir~iki yerdə gördüm, tanıdım əyani
peşman oldum səni bu cür
yaxından tanıdığım üçün
kaş tökməzdim sənə görə
bu qədər yaş, ya da tər

[keçid]
inanmıram artıq sənə
boş yerə çox yorulma, xeyri yox yenə
istərsən, get, yaz bir yerə
say, bax gör, kimlər gedib, kimlər var hələ

[nəqərat]
say onu, say bunu, say, sonu yoxsa
say onu, say yüzü, say mini çox
say, say yenə, say hələ, say belə, varsa
say günü, say ayı, say ili, çıx

[bənd 3]
yenə axtarıb tapdın məni
gözdən itsəm də
niyə yaxamdan əl çəkmirsən
hara getsəm də?

[keçid]
say, bərk say, gəlsin səsin mənə
gözəllərin gözəlçəsi məndə
onun aldığı nəfəsi məndə
gözləyir hələ neçəsi məndə
say, bərk say, gəlsin səsin mənə
gözəllərin gözəlçəsi məndə
onun aldığı nəfəsi məndə
gözləyir hələ neçəsi məndə

[nəqərat]
say onu, say bunu, say, sonu yoxsa
say onu, say yüzü, say mini çox
say, say yenə, say hələ, say belə, varsa
say günü, say ayı, say ili, çıx


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...