lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu yap10 - tək qalmışam (feat. epi)

Loading...

tək qalmışam, bax tək qalmışam
çox içmişəm, qapını səhv salmışam
yad biri açıb onu sən sanmışam

mən tamamilə yad biri ilə dərdləşmişəm
tək qalmışam, bax tək qalmışam
çox içmişəm, qapını səhv salmışam
yad biri açıb onu sən sanmışam
mən tamamilə yad biri ilə dərdləşmişəm

bu elə bir yoldur ki, qızım, eləcə gedirəm tək
gah səhv edirəm, gah da ki edirəm səhv
mən içkiliyəm bu özümə edir ləzzət
sən söhbəti tutmayassan, qızım, mən gedim, nəysə…
üzümü tuturam bütün meyvə sevən insanlara
üzümü sevmək daha asanddır, nəinki insanları
yəqin ki, çox sevməyə vaxtı yoxdur insanların
vaxtında sevin, dünya vaxtsız alır insanları
sənə sual verirəm “məni nə qədər çox sevirsən?”
mənə deyirsən: “söz ver kimisə döyməyəcəksən”
bir saatdır dayanmışam qapınızın ağzındayam
qapınızı döymürəm ki, məni çox sevəcəksən

tək qalmışam, bax tək qalmışam
çox içmişəm, qapını səhv salmışam
yad biri açıb onu sən sanmışam
mən tamamilə yad biri ilə dərdləşmişəm
tək qalmışam, bax tək qalmışam
çox içmişəm, qapını səhv salmışam
yad biri açıb onu sən sanmışam
mən tamamilə yad biri ilə dərdləşmişəm

həmişə sən susan, mən danışan
qəlb almışam, bir də qəlb satmışam
içmişəm xəyalına dəm dalmışam
mən sən gedəndən nə qədər vaxtı tək qalmışam
tək qalandan tək qaldım
bu ağır yükü bir də tək qaldır
mən gətirə bilmərəm tək ardını
adın ürəyimə yazılan tək qadın
sanki yağışlar axmaz damlardan
qorxar qaranlıqda şamlardan
pərilər küsər bu ilhamlardan
biz gəlməsək gəl üzbəüz
bülbülər də qaçar bağlardan
qartallar hürkərdi dağlardan
birləşərdi sollar sağlarla
biz gəlməsək gəl üzbəüz
tökülüb əfsus ki, yarpaqlar
bil, ətirli güllər, torpaqlar
göy qurşaqsız var dağlar
biz gəlsək də sənlə üzbə~üz
sevgili gününə alınan qolbaqlar
yad birinə görə bəzənər dırnaqlar
barmağını sıxır yad barmaqlar
biz gəlsək də sənlə üzbəüz
səndə səhv olub! indi rədd olub get
dərd odur ki, səndə bədd dolu günlərim
sevmədiyinə sən əmin olub get!
onsuz da tək qalmışam

tək qalmışam, bax tək qalmışam
çox içmişəm, qapını səhv salmışam
yad biri açıb onu sən sanmışam
mən tamamilə yad biri ilə dərdləşmişəm
tək qalmışam, bax tək qalmışam
çox içmişəm, qapını səhv salmışam
yad biri açıb onu sən sanmışam
mən tamamilə yad biri ilə dərdləşmişəm
tək qalmışam, bax tək qalmışam
çox içmişəm, qapını səhv salmışam
yad biri açıb onu sən sanmışam
mən tamamilə yad biri ilə dərdləşmişəm


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...