lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu xpert feat. luter - guerrill

Loading...

illər öncə bir neçə üləma usa iti,
şəhid evində yolunan saç dinamit üçün fitil.
allah, səni inkar edir nəzəriyyələri cahilin,

onlar hələ də hesab edirlər, darvin dahidi
zavodlar məni əridir, bacalardaki tüstüm,
kapitalizm arzularımı qızılı qəlibə süzdü…
brendlərin yarışmasıdı bu, “kim kimdən üstün?”,
cəhənnəmdə yananların parıldasın büstü.
acından ölən gəncə ultimatum “azzar”
dinim hər gerilədikcə adına damğa basar.
bir tərəfdə bu saqqallı dar balağlı dazlar,
bu biri yanda svetafordan adam asarsa farslar.
əsgər qanı flakondadı, qalaktikadı paqonlar,
bircə imza atsa vərəqə, meyit dolar vaqonlar
getmək səcdəyə çətindir, onurğamızı qırıblar,
beldə aka 74 x dağda guerilla
2x (luter):
ey insan oğlu, günəşin sönür üzü zühura doğru,
xəmiri çiy südlə yoğrulubdu ki,
özgə qanını içib öz qanında boğulub
xpert verse:
görmədiyimiz hər kadrda 3 gözü var,”blade”in,
sonsuzluğa yol açırmış cins şalvar, neynim?!
geydirmədi “made in china”, sanki kəfəni meyitin,
süqut eləsin fərziyyələri ziqmund freydin.
allah! qəlbimizdə həkk olunub qalsın…
müşkül bir işdir məncə, kəşfi kimidir marsın!
bıçağı soxub dibinə qədər döş qəfəsimi yarsın,
orqan mafiyaları mənim qəlbimi axtarsın!…
mentalitet qurbanları girib netdə gicdər,
baş monitor qoldan keysə qoşub neşdər…
keçid dövrü deyilir buna keçə bilsən, keç də,
biz keçmişi unutmuruq, unutdu keçmişlər
bizi, yerə atıbsa dizin,
avropadasa, hər bir ölkə bir qırağıdı bezin,
hardaydılar olmasaydı yanacaq, qaz, benzin?
sizin, bizim söhbəti yoxdur, hər şey kapitalizmindir
2x (luter):
ey insan oğlu, günəşin sönür üzü zühura doğru
xəmiri çiy südlə yoğrulubdu ki,
özgə qanını içib öz qanında boğulub.


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...