lirik lagu xanım ismayılqızı - sən mənsiz, mən sənsiz
[bənd 1]
sən məndən uzaqda olsan da belə
o sevgi yaşayır duyğularımda
gecələr tənhalıq gələndə dilə
sənlə görüşürəm yuxularımda
[keçid]
sənin varlığını hiss edirəm mən
nəfəsin toxunur üzümə yenə
sənin baxışının həsrətindəyəm
ehtiyacım vardır sənin sevginə
[nəqərat]
sən mənsiz, mən sənsiz
sən mənsiz, mən sənsiz
sən tənha gecəsən
mən qoynunda ay
sən mənsiz, mən sənsiz
sən mənsiz, mən sənsiz
sən sözsüz nəğməsən
mən isə haray
[bənd 2]
səni gözləməklə ömür keçəcək
biz zülmə atmışıq öz qəlbimizi
bilirəm, yəqin ki, bir gün gələcək
deyə biləcəyik sevdiyimizi
[keçid]
sənin varlığını hiss edirəm mən
nəfəsin toxunur üzümə yenə
sənin baxışının həsrətindəyəm
ehtiyacım vardır sənin sevginə
[nəqərat]
sən mənsiz, mən sənsiz
sən mənsiz, mən sənsiz
sən tənha gecəsən
mən qoynunda ay
sən mənsiz, mən sənsiz
sən mənsiz, mən sənsiz
sən sözsüz nəğməsən
mən isə haray
[çıxış]
sən mənsiz, mən sənsiz
(dözmürəm)
sən mənsiz, mən sənsiz
(hər an səni gözləyirəm)
sən tənha gecəsən
mən qoynunda ay
(ürək üsyan qoparır bu haqsızlığa)
sən mənsiz, mən sənsiz
(gəl evə)
sən mənsiz, mən sənsiz
(təklikdən ölürəm)
sən sözsüz nəğməsən
mən isə haray
sən mənsiz, mən sənsiz
(gəlirəm)
sən mənsiz, mən sənsiz
(təklikdən ölürəm)
sən sözsüz nəğməsən
mən isə haray
Lirik lagu lainnya:
- lirik lagu ffatsovskiy & czar - aggressiv
- lirik lagu lil uzi vert - the rush (clean)
- lirik lagu akitari - новогодняя (new year's)
- lirik lagu ampyx - ruins
- lirik lagu take one one take - happy it ended
- lirik lagu tjam [bsu] - swamp (v.2)
- lirik lagu wdng crshrs - made it happen
- lirik lagu danequiah alejandra - amber lynn freestyle
- lirik lagu лил симен (lil sperma suka) - сайбер сайфер 2 (cyber cypher 2)
- lirik lagu bookish songs collective - welcome to your nightmare