
lirik lagu xanım ismayılqızı - mənim balam
[bənd 1]
ürəyimin parçasısan
sənə göz~nəzər dəyməsin
sevgili ömür yaşa sən
həsrət qapını döyməsin, qızım
həyatda eniş~yoxuş var
alnıaçıq, üzüağ ol
qəlbinin sirdaşına, çalış ki
sən də dayaq ol, quzum
[keçid]
ömür yolu od parçası
bu yollarda yanmayasan
bu dünyada peşmanlıqla
üzü~üzə dayanmayasan, mənim balam
ömür yolu od parçası
bu yollarda yanmayasan
bu dünyada peşmanlıqla
üzü~üzə dayanmayasan
[nəqərat]
mən sənə laylay demişəm
arzuma qanad olmusan
müqəddəs ocaq qurasan
sən də bir laylay çalasan, mənim balam
gözümün ağı~qarası
bu dünyada xoş bəxtli ol
bundan böyük arzu olmaz
xoşbəxtlərin xoşbəxti ol
mənim balam, xoşbəxtlərin xoşbəxti ol
[bənd 2]
ata bir igid böyüdüb
bu, sənin qismət payındır
sən həmişə müqəddəs ol
bu yol sevgi sarayındır, qızım
oğul böyüdən ananı
həmişə sən də ana bil
mən səni necə sevirəm
çalış ki, hər zaman sevil, quzum
[keçid]
ömür yolu od parçası
bu yollarda yanmayasan
bu dünyada peşmanlıqla
üzü~üzə dayanmayasan, mənim balam
ömür yolu od parçası
bu yollarda yanmayasan
bu dünyada peşmanlıqla
üzü~üzə dayanmayasan
[nəqərat]
mən sənə laylay demişəm
arzuma qanad olmusan
müqəddəs ocaq qurasan
sən də bir laylay çalasan, mənim balam
gözümün ağı~qarası
bu dünyada xoş bəxtli ol
bundan böyük arzu olmaz
xoşbəxtlərin xoşbəxti ol
mənim balam, xoşbəxtlərin xoşbəxti ol
gözümün ağı~qarası
bu dünyada xoş bəxtli ol
bundan böyük arzu olmaz
xoşbəxtlərin xoşbəxti ol
mənim balam, xoşbəxtlərin xoşbəxti ol
Lirik lagu lainnya:
- lirik lagu lucky lo - ctrl-alt-release
- lirik lagu midwxst - web of lies
- lirik lagu 2 chainz - check me out
- lirik lagu krec - хип-хап (hip-hap)
- lirik lagu midwest blackheart - blvck art
- lirik lagu jason alexander - oh, lady, be good!
- lirik lagu grindhard e - aint shit changed
- lirik lagu katapult - až
- lirik lagu sophia habib - habibti
- lirik lagu malxfickid & jᎥwe - camera (камера)