lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu vüsal hacıyev - gecikmiş etiraf

Loading...

[bənd 1]
nə deyim, bəlkə də, gec oldu
bəlkə də, utandım gülərsən deyə
kəsdi yollarımı qorxaq taleyim
uduzdum bu vaxtsız dəli sevgiyə

susmağa məcburdum
nə yaş, nə zaman yerində deyildi
nə deyim indi, qismətmi, deyilmi, bilmirəm
amma gecikmiş etiraf deyirlər buna

susmağa məcburdum
nə yaş, nə zaman yerində deyildi
nə deyim indi, qismətmi, deyilmi, bilmirəm
amma gecikmiş etiraf deyirlər buna

[nəqərat]
ömrünə qonaqdır sevgim
yolundan uzaqdır, neynim?
daha susar gözümdə
uyuyar ürəyimdə
dinər mahnılarımda

ömrünə qonaqdır sevgim
yolundan uzaqdır, neynim?
daha susar gözümdə
uyuyar ürəyimdə
dinər mahnılarımda
[bənd 2]
gizlicə arxanca baxardım sənin
yoluna çıxmağa cəsarət hanı?
imzasız bir məktub gəlmişdi sənə
susan lal kəlmələr, de, yadındamı?

tezmi doğulmusan, gecmi rastladım?
sənə nə deyim ki, yadında qalım?
nə yazdım, nə dedim, nə dinə bildim
sən də gözlərimdən duya bilmədin

[nəqərat]
ömrünə qonaqdır sevgim
yolundan uzaqdır, neynim
daha susar gözümdə
uyuyar ürəyimdə
dinər mahnılarımda

ömrünə qonaqdır sevgim
yolundan uzaqdır, neynim
daha susar gözümdə
uyuyar ürəyimdə
dinər mahnılarımda

[keçid]
tezmi doğulmusan, gecmi rastladım?
sənə nə deyim ki, yadında qalım?
nə yazdım, nə dedim, nə dinə bildim
sən də gözlərimdən duya bilmədin
[nəqərat]
ömrünə qonaqdır sevgim
yolundan uzaqdır, neynim
daha susar gözümdə
uyuyar ürəyimdə
dinər mahnılarımda

ey, ömrünə qonaqdır sevgim
yolundan uzaqdır, neynim
daha susar gözümdə
uyuyar ürəyimdə
dinər mahnılarımda

daha susar gözümdə
uyuyar ürəyimdə
dinər mahnılarımda


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...