lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu vüqar əbdülov - tövsiyə

Loading...

[bənd 1]
atalardan, babalardan bu zaman ötdükcə
öyrənib dərk elədik, doğru sözün söz yeri var
~n~lardan, nənələrdən eşidib gördükcə
başa düşdük, abır, ismət, həyanın öz yeri var

bu zaman başqa zamandır, elə işlər var ki
bilmədən nə isə deyərsən, səni birdən batırar
bizim eldə papaq altında qədeşlər var ki
mehribanlıq yaradar, hökmü ilə qan yatırar

[nəqərat]
atanın tövsiyəsindəndir
yaşca böyüyə əl uzatmazlar
ananın tərbiyəsindəndir
yolda qız, gəlinə söz atmazlar

kişinin fəlsəfəsi olsa
kişini böhtana salmazlar
qadının hövsələsi olsa
qana fitva verən olmazlar
adamı böhtana salmazlar

[bənd 2]
ehtiyacı olana əl tutub baş çəkmək ilə
imkanı, şöhrəti~şanı geri düşməz adamın
gülərüzlə yanaşıb bir kəsə dil tökmək ilə
qırılan könlünü alsan, zəri düşməz adamın
hətta dilbilməz adamla çalışıb dil tapasan
bu nəzakət, belə rəftar hamının xoşuna gələr
sən çalış, dərdi olan insana həmdəm olasan
“qonşuya gülmə” deyiblər, adamın başına gələr

[nəqərat]
hər kimin etibarı yoxdur
o kəsi yaxına buraxmazlar
baxma, qapısı, hasarı yoxdur
qonşunun həyətinə baxmazlar

qonşunun xeyrində~şərində
bircə addım geri qoymazlar
saymasan kimsəni dar gündə
səni xoş günündə saymazlar
adamı yaxına buraxmazlar

[bənd 3]
saf sevgidən qurulan ailə dövlət sayılır
qorumaqçün onu uğrunda gərək can verəsən
vətənin dur keşiyində, sənə qeyrət sayılır
yağı düşmən hücum etsə, canı qurban verəsən

əvvəlindən təməli möhkəm olan ailənin
oğlu namuslu~şərəfli, qızı ismətli olar
ailəsi ilə dəyərin bir tuta hər kəs vətənin
qazanar ad el içində, özü qiymətli olar
[nəqərat]
arada sevgi falan yoxsa
elçilər razılıq etməzlər
qırx gün ötsə, çiləsi çıxsa
çox güman ki, yola getməzlər

nəyimiz varsa bizim, bəsdir
özgənin haqqına girməzlər
bizim üçün nə müqəddəsdir
onu yad əllərə verməzlər
özgənin haqqına girməzlər


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...