lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu vüqar əbdülov - azərbaycan rəqsləri

Loading...

[bənd]
çox şadıq ki, belə bir gözəl gündə biz də varıq
biri~birindən bundan da gözəl günlər arzularıq
arifik, biz çalınan hər havaya oynamarıq
səslənə indicə meydan havası, yerinə düşər
bir köhnə azərbaycan havası yerinə düşər

dahilər var ki, gözəl musiqi dastanı yazır
üzeyir həm “sənsiz”i, həm “sevgili canan”ı yazır
“o olmasın, bu olsun”, ”arşın mal alan”ı yazır
bu gün də məhz “süleymani” havası yerinə düşər
daha bir azərbaycan havası yerinə düşər

yaranandan bu təravətlıə qalıb “heyvagülü”
əli kərimov qara zurna ilə çalıb “heyvagülü”
bəy və xan rəqsi deyirlər ki, olub “heyvagülü”
indi də, məncə, bu bəy, xan havası yerinə düşər
oynaq bir azərbaycan havası yerinə düşər

“segah”ı qeyd elədik, indi deyək ”şüştər”dən
bəlkə bir “uzundərə” xahiş edək sizlərdən
bu “uzundərə”yə “məşədi ibad” da deyirlər hərdən
bu qoca fəndi “qocaman” havası yerinə düşər
bu lirik azərbaycan havası yerinə düşər

“innabı” qəşəng bir rəqsdir, sözləri yox idi
onu bülbül gözəl bayatıları ilə oxudu
bəhruz da “innabı”ya gözəl çələnglər toxudu
həmin o “yastı balaban” havası yerinə düşər
bu həzin azərbaycan havası yerinə düşər
mən aşiq gözlərinə
baxım gözlərinə
mən aşiq gözlərinə
baxım gözlərinə

özüm özünə qurban
gözüm gözlərinə
özüm özünə qurban
gözüm gözlərinə

özüm özünə, özüm özünə
özüm özünə qurban
gözüm gözlərinə

dedikcə yadıma düşür qəşəng isi “naz eləmə”si
“yüz bir”i, “bəxtəvər”i, “kalxoz”u, “keçməmə”si
kəndlinin ən sevilən, oynanılan “tərəkəmə”si
bir də əşrəfin “şüvəlan” havası yerinə düşər
gürcüstan~azərbaycan havası yerinə düşər

çoxları bacarmaz ağır “qoç əli” oyanmağı
ya gərək rəqqas ola, ya da kubinka uşağı
bir gözəl rəqs də var, adına deyirlər “qazaxı”
o da bir qoçaq, növcavan havası yerinə düşər
şıdırğı azərbaycan havası yerinə düşər
vokalist də oxudu brilliant kimi toysayağı
saldı yaddaşımıza “köhnə bakı” oynamağı
bir gözəl “cığatayı”, bir də “cahangirin papağ”ı
bir də ki, gözəl “xan çoban” havası yerinə düşər
bu ritmik azərbaycan havası yerinə düşər

bizim bu milli rəqslərdə bir məlahət var
sanki bir saflıq var, sanki bir təravət var
məsələn, “mirzəyi”də incə bir lətafət var
dinləsək indi toy~nişan havası yerinə düşər
lətif bir azərbaycan havası yerinə düşər

“mirzəyi” çalındıqca, balaban fəryad qoparır
adamı özü ilə bir sirli aləmə aparır
“vağzalı” ilə toy başlayır, “vağzalı” ilə qurtarır
vüsala çatdıran hicran havası yerinə düşər
bu şirin azərbaycan havası yerinə düşər


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...