lirik lagu uran - s.v.d.m.
[skit]
spid virusu düşüb mənə
mən özüm də bir virus olub düşmüşəm bu həyata
həyatım mənə qarşı immuniteti var – ölüm
mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur
qulaq asın…
[bənd 1]
açılmaz olan qapıları mən açmaq istəyirəm
cəmiyyətdən uzaqlaşıb sonsuz qaçmaq istəyirəm
mən istədiyim bir qızla birgə olmaq istəyirəm
mən həyatımın xoşbəxt anı ilə dolmaq istəyirəm!
başa düşmək istəyirəm, başa salmaq istəyirəm
yuxu görmək istəyirəm, xəyala dalmaq istəyirəm
mən yerdən artıq bezmişəm günəşlə qalmaq istəyirəm!
ölüm bıçağını qəlbimin dibinə salmaq istəyirəm!
bəsdir! yetərdir! qaranlıqdan daha bezmişəm
sevməyi bacarmıram, insanlara nifrət sezmişəm!
unutmuşam keçmişimi, gələcəyimə mən tüpürmüşəm
xoşbəxtlik şansın əldən buraxıb, onu uçurub üfürmüşəm!
indiki həyatımın mənasın bir qutu siqaretdə görürəm
öz əlimlə, özüm üçün qəbir daşın mən hörürəm
dayana bilmirəm, getdikcə daha aşağıya enirəm
nə danışdığımı düşünməyib, ağzıma gələni deyirəm!
baxıram kalendara, balaca kağızda nələr vardır?
insan həyatı belə çərçivədə, insan həyatı belə dardır
yaşayacağım günlərə baxıram, əzib atıram vedrəyə
həyatsa aşağıya enir, əsəbləşmək gərək nəyə?
od~su arasında qalmışam, mən görəsən nə edim?
özümü bu zibilə salmışam, görəsən haraya gedim?
günəş mənə qara görünür, bu gün olub ona nə?
uzaqlaşın siz məndən spid virusu düşüb mənə!
[nəqarət]
haradayam, bilmirəm mən haradayam?
bəlkə burda, ya qabaqda son qoyam?
bəlkə küsüb, bezib bu həyatdan doyam?
bəlkə oturub günlərimi sayam…
[bənd 2]
əlsizəm, qolsuzam, donsuzam, sonsuzam
bədbəxtəm, xoşbəxtəm, insanam, heyvanam
qəlbsizəm, sənsizəm, gözsüzəm, sözsüzəm
faşistəm, nasistəm, tüstüyəm, mən nəyəm?
başa düşməmişəm ki, dünyanı dəyişə bilmirəm
pis bir iş görərək mən yaxşılığı heç vaxt silmərəm
xeyir öz yerində olur, şər qüvvə yerində qalır
yalnız insan artıq əşyatək özünü araya salır
yüz mərtəbə binanın damından durub yerə baxıram
gözlərim yaxşı görür, ancaq mən yenə eynək taxıram
mən gözlərimi gizlədirəm, qorxuram onları itirərəm
bədənimdə olan yeganə saf yeri qurban gətirərəm
tullanımmı buradan, düşümmü azad dünyaya?
onsuz da etdiyim səhvlər artıq gəlməyir saya…
oğlan və qız girib qol~qola ~ budur gəzirlər yenə
uzaqlaşın siz məndən spid virusu düşüb mənə!
[nəqarət]
haradayam, bilmirəm mən haradayam?
bəlkə burda, ya qabaqda son qoyam?
bəlkə küsüb, bezib bu həyatdan doyam?
bəlkə oturub günlərimi sayam…
[bənd 3]
getdim yoxlatdım özümü, mən inanırdım keçəcək
neçə dəfə belə olub, hər şey öz yolun seçəcək
ancaq bu dəfə ilişdim, ancaq bu dəfə girişdim
ancaq bu dəfə ölüm ətrini hiss etmişdim
bir saat kеçdikdən sonra həkimlər dedilər mənə
“həyatından uzaqlaş, spid virusu düşübdür sənə!”
mən yerimdə dondum, qəlbimin daxilinə qondum
ürəyimin damarların bir~bir çıxartdım, qırdım, yondum!
qoy azad olsun ürəyim, tullantı üçün işləməsin
damarda qan qalmasın, vicdan qəlbimi dişləməsin!
biz bir~birimizdən ayrılaq, o artıq azad bir ürəkdir
heç vaxt unutmayın, ürək yaşayan insana gərəkdir…
gözümü açanda gördüm məni möhkəm bağlayıblar
qollarım kəsik~kəsikdir, acı iynə ilə dağlayıblar
bir addım irəli atıb, iki addım atdım gеriyə
beynimdə bir sual vardır, axı niyə, niyə, niyə?
bir anlıq baxdım ətrafa ~ ağaclar, qönçə güllər
bir anlıq baxdım insana ~ günahlar, qanlı əllər
yağış tökülür üzümə, hər damcı dənə~dənə
uzaqlaşın siz məndən, spid virusu düşüb mənə!
[nəqarət]
haradayam, bilmirəm mən haradayam?
bəlkə burda, ya qabaqda son qoyam?
bəlkə küsüb, bezib bu həyatdan doyam?
bəlkə oturub günlərimi sayam…
haradayam, bilmirəm mən haradayam?
bəlkə burda, ya qabaqda son qoyam?
bəlkə küsüb, bezib bu həyatdan doyam?
bəlkə oturub günlərimi sayam…
spid virusu düşüb mənə…
Lirik lagu lainnya:
- lirik lagu the american tragedy [us] - beneath every pearl
- lirik lagu crock taylor - streets for you (chapter 2)
- lirik lagu malevolentia - la geste du corbeau
- lirik lagu accu§er - beneath your dignity
- lirik lagu joé dwèt filé - restée la même
- lirik lagu paleface [ch] - lights out
- lirik lagu attlanta - habbib drip
- lirik lagu illexotic - #self
- lirik lagu la lá - mito
- lirik lagu johnnascus - across the cosmos