lirik lagu uran - qazi
[giriş]
yenə yuxuda qayıtdı ötən günə
səfərə çıxan hərbi kalon
öndə gözləyər döyüş onu
partlayış olar, pusqu birdən
heyətlər alar mövqe
yerdə
qanla örtülü torpaq, bədən
sonra ayılar ~ yuxu, qorxu
yenə…
[bənd 1]
rabitə ilə bütün tağımlara ötürdülər
“birinci, sonuncu maşın vuruldu” dedilər
bölük komandiri baş leytenant, soyuqqanlı
bilir, tez qərar vermək lazım bu anda
yolun iki tərəfi meşə, mərmi hava deşir
göyə qalxan qara tüstü, örtür günəşi
sıx, hündür ağaclar bağlayır görünüşü
sanki bir bölük əsgər kabusla döyüşür
rabitəçi yaralı, onu yana sürüyür
sonra atəş gələn tərəfi gülləyə bürüyür
ümid edir, arxa bölük onlara çatar
işə düşür lənətə gəlmiş qumbaraatan
piyadanın döyüş maşını vurulur, amma
indi düşmənin atəş mövqeyi məlum tağıma
barmaq, tətik, qan dolu gözlər, nişan
vurulan hər hədəflə içində qəlbi coşur
snayper gülləsi, dəbilqə qoruyur başı
sonra çavuşu vururlar, zabit qana bulaşır
üzdən qanı silir, qumbaranı edir hazır
atır, hər partlayış yeni məzar qazır
bu an minaatan mərmisinin vıyıltısı
zərbə dalğası, sonra sükut, beyin susur…
gözünü açır ~ hospital, həkim onu oyadır
o vaxtdan hər gecə bu döyüşə qayıdır
[nəqərat]
hisslərim qalıb oralarda
mən can qoydum, mən qan tökdüm yolunda
minləri qalıb oralarda
mənə qıymadın, məni almadın yanına
çağırsan əgər hüzuruna
ilk sırada, ön cərgədə duraram
beşikdən ta ki, məzarıma
sənə sadiqəm, sənə bağlıyam
yenə…
Lirik lagu lainnya:
- lirik lagu ysy a & oniria - + que la droga
- lirik lagu suzi - tigrica
- lirik lagu matt the electrician - weeknights
- lirik lagu elliott brood - stars align
- lirik lagu lexi claire whitney - if my heart sings then my soul is shattered
- lirik lagu zero cipher - gogogagagothgirl
- lirik lagu lee yunjeong (이윤정) - 통제가 안돼 (out of control)
- lirik lagu billy boyo - school i attend
- lirik lagu chris brown - make up your mind
- lirik lagu asfalto - ser urbano