lirik lagu uran - dua
dua
#1
qulağım dolub kir bağlayıb, bağla tv`ni, kiri!
kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlin
mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır
rəhmətliyin nəvəsi, xalqa xidmət edəndə axı n`olur?
savad mayalı xəmirdən yoğrular savadlı, ziyalı
savadsız qoyduğun komunnadansa gəzməlisən aralı
nə hüququn bilmir, özü vəzifə xaltasında, sifəti balta!
az maaş bel`çün nalça, baş`çın yastıq ~ alçaq halda
aldanma, ayıq ol! qoyun yerinə qoyulduğun azmış
azğınlaşmış cəsarət ədalətin həddini, yolunu azmış
dəmir barmaqlarda saxlanılan həqiqət eşqi bəraətsiz
etiraz ilanına zəhər verən, onu yaradan şərait ~ siz!
instinkt! təsirə bərabər pressinq, zəncirə bükülmüş əl
mübarizə ~ qandalı əridən, qanı qaynadan birinci təməl
əriyən dəmir qılınca çevrilər, devrilər “devrimsizlik”
bunu isə mühit yaradar, bu nə bizlik, nə də ki, sizlik
nəqarət
allah kömək ol bizə
dizimizə qüvvə ver, əzilsək də yıxılmayıb qalaq ayaq üstə
allah kömək ol bizə
aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər
allah kömək ol bizə
iradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
allah kömək ol bizə
sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar
~~~~~~~~~~~~
#2
şeytan yaşadığım ölkədə məskən salıb, halım
tez~tez dəyişir, nə qədər nifrət paylayar zalım?
imkanımız olsa, çoxu biri~birini diri~diri yeyər
imkanımız olsa, birini susdurarıq, qalanları deyər
əsəbi külək dövrə vurur məmləkətdə zaman boyu
qaçıb süfrədən bərəkət də, amma insan doymur
hər şeyin ən yaxşısı, qızılı rəngdə üfunət
tapıla dəfinə dəfnə aparır acgözü, sonu səfalət
qusacaq ya övladı, ya özü haram yeyənin
gözü doymayanın gözü həmişə düşər halal yeyənə
“ə, haradandır onda pul? tez alın əlindən!
hamısı mənim olmalı! yükləyin onun belindən!”
ilahi, bilmirəm səbr diləyim səndən, yaxud artıq
vaxtı çatıb ~ səbr kasasına çox səbr atdıq?
sülh istəyən azadlıq aşiqinin dərisini duzlayıb
zəmanə dirənib, sinirlərimi dartıb, tarazalayıb
~~~~~~
nəqarət
allah kömək ol bizə
dizimizə qüvvə ver, əzilsək də yıxılmayıb qalaq ayaq üstə
allah kömək ol bizə
aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər
allah kömək ol bizə
iradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
allah kömək ol bizə
sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar
~~~~~~
#3
yalanı və doğrunu ayıra bilək qaynar qazanda
kömək et! ədalət dilə gəlsin onu basdırdığımız məzardan
kömək et! övladlarımız, böyüyən yeni nəsil
etdiyimiz səhvləri etməsin və düşmənə yenilməsin
savadsıza təhsil, qorxağa cəsarət, kasıba çörək!
yaradıcı insana ”göz” ver ki, ancaq həqiqəti göstərək!
kömək et! ədəbazlığa və avamlığa qalib gələk
hidayət ver ”haqqın dərgahı” adı ilə gəlməsinlər kələk
bərabərlik carçılarının acı taleyini şirin et!
kömək et! dayaz qazılmış düşüncəni dərin et!
evdən uzaq düşən atalar evə əliboş dönməsin
kömək et! övlad valideynin göz yaşlarını görməsin!
maddiyatın hakim olduğu bir zəmanədə
insanlar imandan qaçmasın, qoy qaçsınlar xəyanətdən
beyinlərə kömək ol səni axtarsınlar
mənə də kömək ol tanrım, kömək etdiklərinin sırasında
~~~~~~~~~~~
nəqarət
allah kömək ol bizə
dizimizə qüvvə ver, əzilsək də yıxılmayıb qalaq ayaq üstə
allah kömək ol bizə
aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər
allah kömək ol bizə
iradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
allah kömək ol bizə
sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar
Lirik lagu lainnya:
- lirik lagu solitario - demasiado tarde
- lirik lagu asfalto rec - balaclava
- lirik lagu noah floersch - shelter
- lirik lagu marblemouth - catholic
- lirik lagu ljubav u doba corone - sharingan - panter x sharingan
- lirik lagu twinkle park - nonphenomenal love song
- lirik lagu brudi030 - räuber und diebe
- lirik lagu zeus (bots) - #freestylefridays (24-04-2020)
- lirik lagu the upstairs - photogenic
- lirik lagu chance the rapper - instagram song 8 (cwyn)