lirik lagu tuncer ali - xəyalına ithafən
(verse 1)
oyandım bu gün yoxluğuvun birinci günü
qıcırdayan o qapılar belə təkliyimizə gülür
yoxluğuvun birinci gün səni apardı ölüm
bircə nəfəslik geri dön gecəni ölüm bölür
balkondakı dibcək belə sənsiz daha səssiz
tanrı küləyi yaratmışdı saçlarınla əssin
yoxluğun əzməlidi məni görən qışqırır dəli
köynəyimin düymələrinə də güc gəlmir əlim
bu gün ilk dəfə sənsiz oyandım xəyalın dayandı
saçlarım da ağ ləpələr dərt bəyazına boyandı
sən günləri sayardın mən izləyərdim saniyələri
üzümdə ki bu qırışlar da kimsəsizlik abidələri
bu otaq məni tək öldürür cəsədlər də gördüyüm
əlimdə qara şərfin var 20 yaşda hördüyün
səninlə oxuduğum kitablar gözlərim də köhnəlir
təhminə zauru unudur və burda bitir körpəlik
arada yadıma düşür o dəlixana boyanıram al qana
üç mərtəbə köhnə divar dağılır hamısı axşama
xatirəmdə kölgələr gəlir gedir bu qaranlıqdan
qurtulmağa yol yoxdu ki yalanlarıvı axtarağ
o küçələrdə doldu zaman sentyabrın onüçün də
şeirlər də qaldı saçların xəyal da görüşürlər
xəzər şahidimdi sən güləndə gün ağlayardı
qum saatına həps olan əllərim günahda qaldı
bu gecə ot~rduğumuz içki süfrəsində yaşlandım
mən sənə kitab oxuyardım sən ağlamağa başlardın
qızıl gül ətiri ilə altı dəftərin hər səhifəsin də
gözlərimdən uzaqlaşırsan son dəfə aç qapını…
(verse 2)
xəstəlik bir an xatırladım keçmişi
payıza salam verib o gecə səhərə qədər içmişik
xəstəlik unuduram nəfsləri yanım da
yoxsan toxunuşlar xəyalda gizlənir
yadıma düşdü hər şey o gecə bir telefona oyandım
sənlə onun xəyalıydı tam önüm də dayandı
ölümdündən 40 il əvvəl atıb getmisən məni
altı şeir yazdım adına heç biriylə gəlmədin
divarlar da qaldı əllərim dəlixana kirlənir
qapın da yatmışdım o gecə səni qaytara bilmədim
yoxluğun da xəyal yaratdım gözləri qaraltdım
dərmanlara bastırıb ruhumu yatağımı dağıtdım
neçə il səni yaşamışam bu evdə sənsə uzaqda
mahnılarla danışanlar kitablar da susarlar
eşitdim ki ölmüsən şair ölsün ölmə sən və gülümsə..
son bir dəfə gülümsə..
mənim olmadığım bir evdə can verdiyivi eşitdim
40 ildir ki hər saniyə xəyalınla keçirdi
dəli olmağa kifayyətdi gözlərində bir ayə
azadlığı yazdım yaşadım dərdivə ithafən
Lirik lagu lainnya:
- lirik lagu jennifer juan - your dad's daydreams
- lirik lagu xxxtentacion - save me (original version)
- lirik lagu d1msz - heartbreak
- lirik lagu bap - komisch
- lirik lagu frank zappa - the $600 mud shark prelude
- lirik lagu exso - blind men
- lirik lagu pxrodi - miss u
- lirik lagu body and soul - leaving
- lirik lagu one høpe - vulnerable
- lirik lagu trapix valley - streets