lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tuncer ali - cənnətə məktub

Loading...

bu qədər ölümə hansı tanrı cavab verə bilər
bir gecəlik qayıt gəl və bir də toxun qələmimə
26 dekabr adını həkk eylədi barmaqlara
cənnətdəki alma bağında bağlıyam qandallara
inkar etmə, ən çətin ölümlə görüşdüy
səs telində həbs olan adım xəyalı bölüşdü
gecəm mürəkkəb qarası, günəş fərəh vermir
sənsizliyi əzbərlədiyim birinci ildi
günah diyarında əsdi əllərim irəlilədim
ölümlə göz gözə gəldiyim an öldürdü pəriləri
yollarında qan, yalvarırdım gedmə qal
kimsəsizliyin ortasında sirdaşdı hər dəli
dörd tərəfdə mənzərən, iki otaqda zəlzələ
alovlandı ibadətim sovrulurdu pərdələr
bir an dünya dayandı, dəlixanam və qaranlıq
yazdığım hər cümlə bu gecə son palatada yandı
mən düşəndə əllərini uzatmamışdı tanrı
nifrətimlə öldürdüyüm hər gecə tək qaldım
düşündüyümü göstərirdi bir an doldu gözlərim
müqəddəs kitabda ölümə tərk edirdi sözləri
bir il keçdi, sənsizliyə boğuldum
səhifələr dolurdu yazdığım bu mahnı sonumdu
… bir il keçdi
anlamırdı heçkim, indi gecdi
cəsarətimə cənazələrin əsarətini bağladı
günahlarım yaddaşımın susduğu o diyardadı
yaxşı tanrım anladım, yorğundu ayaqlarım
məni öldürməmiş ədalət deyil onu almağın
inanclarımı aldın apardın həbs oldum əllərə
inan ki mənə sənsiz çox çətin gəlir irəliləməy
sənə əmanət orda qızım, yarım qaldı xəyallar
dərdə bərabərdi gülmədiyin diyarda yanmaq
bilirsən, bəzən səsin yadımdan çıxır
göz qaralır beynimdəki sonsuzluq sancısı
açıq qapılar arxasında bağlı uşaqlığım var
ürəyim oyuncaq deyil ki yerə düşəndə qırılmaz
ağrılarım qədər sərxoşam ged bunu görmə sən
yarım xəyallarla gecikmişəm sənlə ölməyə
tam bir ildi topraqsan, inan yoxdu taqətim
allah səni aldığı gün ləkələndi sədaqətim
insanlığımı axtarma, qədəhlərdə süzüldü
sən vardın, gülümsəyib dərdlərimizə dözürdük
indi xitablarım kirli, bir yol göstər mənə
qaranlığımı gör mən hazıram səninlə gəlməyə
əlimi tut, uzaq diyarlarda bir nəfəs yarad
divarlarım təmiz bu gecə onu da kirlədər yaram
saniyələri say gülümsə qaldı illər arxada
mən bu cahana sığmadım, iblisim də ağlamaz
peyğəmbərə qurban verilən şeytanı gördüm
mələk zirvəsində ikən ayaqyalın sürgün
yetim damğasıyla şeirlər dumanla getdi
anlamırdı heçkim, indi gecdi..
ən sevdiyin musiqiylə yazdığım məktubu dinlə
..düşün ki yanındayam bir də..
bu dərdi unutmağıma kifayət deyil illər
gedəcək gələnlər demişdim, inan gedirlər
sənə gedməy yaraşmadı, mən də bunla barışmadım
yazdığım hər cümlə gecələrimdə axtarışdadı
aramızdakı məsafələr vətənimə belə sığmadı
son xatirəm olsun dəli şairin asılmağı…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...