lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tibu km - xəzinə

Loading...

[bənd 1]
yenə yuxuma girirdi amfetamin
qara göz altılar, azdır hemoqlobin
çöldə isti hava, içim soyuq komin
yenə bədəndə çatışmır serotonin

mən məhəbbət üzünə örtüb fata
təxmini keçən il bu saatda
mənim ürəyimdə sürünürdü adam
sevgi barədə sual vermə, madam

dinləyici seçmir ağı qaradan
döndəriblər repi şou parada
evinə aparmırlar bir qəpik belə
bunlar necə yazırlar axı pul~paradan?

bu parçalar düşmür hit parada
bu “punch”ları anlayar xiridarlar
mənim mahnılarımla rəqs eləmək olmur
tibu istəməz olsun ramil nabran

yenə qışqıra~qışqıra eşidir “mic”
yenə kirli palçığa batacaq “nike”
gecə ağlaya~ağlaya yazdığım trek olub
bunlar qoyub dinləmədən “like”
bu məmləkət şeriyyat qanmır
anlamır yaşamağı kitab yükü ilə
nəsiminin ələkbər sabirin
kitabının vərəqləri ilə qutab bükürlər!

bu sanki sonuncu gündür
beyninə dirənib sonuncu güllə
beş günlük həyatım eyni zibildir
fərqlənmir beşinci birinci gündən

aparıb göylər onu
mən də istərəm qanadla göydə olum
mən tanımıram sizin ulduzlarınızı
mənə görə ulduzlar göydə olur

eyni saydadır damı quşların
göydə görünmürdü göy qurşağı
qalırdım 4~cü mərtəbədə
mən atdım arzuları 4~dən aşağı

dəyməyin bizə biz hələ uşağıq
maksimun səslə bir mahnı qoşarıq
hər hündür səhnədə gözlərim yumulur
mən baxmıram yuxardan aşağı

[bənd 2]
yenə ancaq yuxular olur əlvan
mənə xoşbəxtlik diləmə, dilə şəfa
əgər mənim treklərim sizə dərman
deməli düz gedir uğura gedən karvan
necə beynim sızılır vərəqə həkk
yenə hamıya qarşı vuruşuram tək
gecə güzgüyə baxanda ağarır rəng
çünki sağlam ayətə yollarım ləng

(yollarım ləng) əldə qullam
nə qazanmışamsa əlhəmdülillah
mənim ciblər boş, beynim pullar
sanki gəlir xoş elektirik stullar

rep ayıq deyil, rep ancaq otdur
rep “under” dеyil, rep artıq moddur
mənim treklərim maşında “полный” xodda
amma mən yenə gəzirəm rüstəmovda

mən ölməyə bəlkə də layiq mc
sənin ustadın dəlidir, k~mirin psix
mən yaxşı insanları tamam əksi
mən son ayda olmuşam paralеksik

qəddar insanlarda yoxdur insaf
hər dam köhnə keçmişə bir misal
hər an yazanda oldum ayrı insan
hətta bir misra etmədim israf

bu sonuncu bəlkə də gördüyüm “cover”
cəhənnəmə məni aparır şofer
sevdiyim qız mənim xoşlayır kofe
mənim isə damarıma qarışır morfin
yol ver, bütün həddi aşaraq
arzularım uçur başı aşağı
ən hündür zirvədə gözlərim yumulur
atıram özümü həzin axşamı


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...