lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tibu km - vida

Loading...

[bənd]
o ağlayıb demirdi artıq, “bir də gəlim yanına”
bir şair necə biganə yanaşa bilər öz yarına?
qışqırıqlarım altında yuxudan ayıldıqca
itirirdim şəxsi həyatımı bakıda tanındıqca

çantada əzik poster satılmayan disklərimlə
millət, oyun gətirmişəm, oynayın hisslərimlə
(oynayın hisslərimlə) badəm şərabla dolu
sevgi yazan məşuq sevgidə məğlub olub

əsəblər, güc bəlayla özümü saxlamağımı
sevməyə başlayırdım atamın məni danlamağını
“бля”! mən psix oğul! gələcəyim darmadağın
tək anam eşidirdi mənim otaqda ağlamağımı

başıma sığalsız ver ürəyimə ox atanı
bir dənə davamçım yox, gör nə qədər oxşadanım
6 il kürək açıq, axı nə qədər zərbə dəyər?!
gedirəm qayıtmaq üçün yox! gedirəm gəlməməyə!

dəymə mənə! bir insan bu qədərmi tez dəyişər?
hər gün ölürdüm 5~ə 20 dəqiqə işləmişə
danışırlar, qızbazam, yanımda qızlar həmişə
amma heç vaxt yaxşı qızın namusuna dəyməmişəm!
rep, sən arzu kimi ölümə qədər qal içimdə
bu sonuncu qullamdır, öskürmədən al içinə
sənə nifrət edirəm! əllərim qan içində!
bir də o qıza heç nə yazmamağıma and içirəm!

həkk elədim, öz əhatəmi yığıb çərçivəmi bərk elədim!
hər kəsi özüm kimi bilməyimlə səhv elədim!
mən bu məşhurluğun da boğulduğunu dərk elədim!
qrupun ən dar anında şəhri bizi tərk elədi

“underground”! ürəyimə sədd çəkdi
mən bütün müğənnilər proyektlərinə xərc çəkdim
dərd çəkdim! görəndə ikiüzlü “loser”ları
cırırdım kontraktların bicbala prodüser~ların

yorğun idim, səhərə kimi içki ilə əyilmişdim
alkoqol, ağzım köpüklənirdi, sərilmişdim
əlim tir~tir əsərək repdən getməyimi yazdım
səhər gördüm bütün fanlar həmin statı bəyənmişdi

lövhədə axır qan, ölümün mən müəllimiyəm
nə qədər qırılmış ürəklərin müəllifiyəm
və mənim “alter~ego”m ürəksiz və ölürəm
böyük arzularım mənim elə içimdə ölüb

yaşamaq istəyim cəmi bircə faiz
insanı ağladırdı həyat və güldürürdü “spays”
şair sevgidən yazanda hər zaman nervili olub
axı onun ən böyük aşiqləri artıq evli olub
olmayacaqdı “the end”, qorusaydım birliyi
ən sadiq dinləyicilərim başqalarını dinləyir
“vida” yaradıcılığımı qoy məhv etsinlər
tüpürüb getməlisən ki, səni bir gün kəşf etsinlər


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...