lirik lagu tibu km - qapanma doktrinası
[bənd 1] [tibu]
ruhum verir sancı, ürəyim sevir kədər, budur inancım…
arxada qalır keçmiş, arxada qalır palçıq
məhkəmə prosesi ən gördüyümüz haram yer
hakim, çəkici vurmamış üzümə baxıb qərar ver
tale belə olmaz, yaradan hara baxır?
xanım, riza üçün verdim, demədim axı fala baxın
bu günümə mən şükür edib qururam sabahımı
tək böyük hərflərlə yazdığım adıdır allahın
bu qədər borc içində qapını döymədim
dostum, salamsız keçdin, necə məni görmədin?
yəqin ki, halal yeməyi düzgün sənlə bölmədim
səndə özümü gördüm, özümdə səni görmədim
22~ə doğru elə bil ki, vaxt azalır
rep mənim həyatımdır, məzarımda taxt qazılır
və özüm ölüm uşağıma deyəcəm fəxrlə
oğlum, o vaxt azrepdə atan ad qazanıb
[nəqərat]
məndən uzaqda
içimdə müharibələr var
alovlar içində qar
dənəcikləri çox ümidsiz görsənir
məndən uzaqda
içimdə seçimlər var
suallar gələndə dar
hansını seçsəm, digəri daha doğru görsənir
[bənd 2] [dakodje]
tapa bilmədiyimi axtarmaqdan bezdim
hakim saxta təbəssüm, bir də vaxtdan tələsdim
bircə əzmim olmadı ki, tir~tir əsdim
itirdim müvazinət və təslim
atamla birgə öldüm, anamla bir yaşlanırdım
ağız spirt qoxar, çoxu baxar, əyyaş sanardı
qara geyimdə saqqal, görənlər yüz yaş sayardı
gözümdən yaş ağmasa da, içim göz yaşı sayardı
sayardılar bəd niyabət, içi nifrət, çölü nifrət, kin küdurət
alıbdır ruhumu şiddət, bir də şəhvət və cəhalət
məni bunlarla xəyal et ki, müsibət, bu müqəssir
bu rəzalət, bu əlaməti~qiyamət
verildi məsləhət və məşvərət və mən özüməm 5 ədəd
beynimdə neştərəm, dörd divar və mən
heç də rahatlıqdan yox, keşməkeşdənəm
üzəri qəzetlərlə örtülü o leş mənəm
cənab hakim, məni hər kim ki, edir zindeyi~zəhlə
bir də rəhmən edərdi allahul~aləm ki, bir sabah
ad~san qara qutumdur, yaşaram, ölmərəm əlbət
azrep alamut~umdur, mənsə hasan sabbah
[nəqərat]
məndən uzaqda
içimdə müharibələr var
alovlar içində qar
dənəcikləri çox ümidsiz görsənir
məndən uzaqda
içimdə seçimlər var
suallar gələndə dar
hansını seçsəm, digəri daha doğru görsənir
Lirik lagu lainnya:
- lirik lagu mozardell jean-noel - regular wrist
- lirik lagu danny ntarlas - koita
- lirik lagu svrite - love for real
- lirik lagu d1v - up all night
- lirik lagu kraemar16 - brain split
- lirik lagu manueku - 77 demoni
- lirik lagu dycember - bye bye
- lirik lagu enki - yook
- lirik lagu saint edyn - #hot16challenge2
- lirik lagu mulah marciano - wreck