lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tibu km - paranormal freestyle

Loading...

[bənd]
gecə işləmir market, ütülü vəziyyətdə cibdə haram pul
polisdən qaçırdım, mədəm istəyir su
asfalta dəyir “ket”lər, indi işləmir “transport”
qaçmaq xaricə ~ arzum, yoxdur xarici pasport

içirəm soyuq kofe, iki gün yeyirəm lobi
rep həyatımı dağıtdı, bu yazılar deyil hobbi
efirə maraqsızam, evdə satmışam plazma
siz yanılmışdınız deyəndə ki, mən əlçatmazam

bu rayon “прикол”dur, “bariqa” tutdurur rəisi
“underground”u elə edin ki, küçələrin qoxu gəlsin
bakıdan “connect”, eşit, dn jo, mersin
mən itirdim, oxumadım, sən itirmə, oxu dərsi

kariyeradan çox sizə maraqlıdır həyatım şəxsi
bu şair hələ çox yazacaq, nəsimitək soyun dərisin
bu şeiri dəlisovdur, qafiyələnmə rəqsi
teymur deyib gülən, tibu tam onun əksi

sizləri sözlə əydim, mənə güllələr dəysin
mənim qolum qandaldır, ona görə danışıram əlsiz
oğrudan oğurladım mən, oğurlanmış tərzi
mənim yolum skandaldır, buna görə siz barışın mənsiz
mənim vəziyyətim güldür, mənim ciyərim küldür
sevgiyə olan ümidlərim 2013~də öldü
mən narkoman reper, damarıma rep qatdım
“paranormal freestyle”, musiqim anti~formatdır

vərəqə cızanda mən soyuq hisslərimi
soyuq silahlarda tapılırdı əl izlərim
mən yazıram özümçün, hətta yazanda kədər
fanat sinif yoldaş kimidir bir həddə qədər

bu çirkli cinayət işi, unudulmuş şübhəyəm
rep, sırf sənə görə mən evdə atamla düşmənəm
dünən tüpürdüyü tüpürcəyi yalayanlar var
repdən birbaşa getməyimi arzulayanlar var

çoxunuz, siz paxılsınız, mənə var bədnəzərlər
gördüyüm kriminalları göstəmir içxəbərlər
diqqətlə qulaq as mənə və həyatını oxu
sən dinləmirsən mənim mahnılarımı, mənə “похуй”

[çıxış]
bəlkə sondur, bəlkə də proloq
məni evdə başa düşmürlər qaldı ki, başa düşsün psixoloq
başa düşsün psixoloq
başa düşsün psixoloq
bu bəlkə proloq


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...