lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tibu km - khojaly

Loading...

[bənd 1]
yazanda hər dəfə söz, yazıram hər dəfə qəm
çünki hər dəfədən kədər yağır qəlb tərəfə
yadımdan çıxmır o gecə sonrakı hər ərəfə
elə bildim yuxuda bərk səs~küy gəlir kənd tərəfə

oyandım, kaş oyanmazdım həmin mənzərədə
kəndə güllələr töküldü o gecə hər təpədən
atam baxdı pəncərədən, ikinci mərtəbədə
elə həmin mərtəbədə yaralandı, “ölmə dədə!”

(öldü dədə…) dəydi güllən hər bədənə
vallah bu olay bitər ən güclü bir zəlzələdən
hava da düşmən kimi qar yağdırır hər tərəfə
şərqdən ordu gəlir, qaçdıq kor~koranə qərb tərəfə

sən axı bu torpaqda doğulmusan
təsəvvür et doğulduğun yerdən də qovulmusan
qar~qar çay tərəfə aparır qorxulu meşə
qar dizə qədər və sən getməkdən də yorulmusan

öldü nə qədər körpə, nə qədər qoca, nə qədər adam
öldü nə qədər ailə, nə qədər ata, nə qədər ana
gördüm nə qədər satan vicdanını qədəhlərlə
döndü geriyə qatar sərnişin yox cəsədlərlə
tarix yazılır qanla, göydə susur yaradan
mən ölməmiş keçəcəm torpağa gedən qapıdan
və həmin vacib əmriniz ölkəyə verilən anda
mən öndə getmək istəyirəm, ali baş komandan


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...