lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tibu km - dnk (explicit)

Loading...

[bənd 1]
tibu uşaqlıqdan qəribə bir tip
mən neqativi elədim deaktiv
mənim yalanımı tuta bilmir detektor
gizlətdiyim detalı detektiv

məni hipnoz elədi bu “nlp”
bunu proqnoz edirdi “dmt
mənin nə qədər “track”lərim çatmadı kütləyə”
necə küt kütləyə “nft”

mənə maraqlı gəlmədi toylar, korporativ
sanki proqramlaşmış eyni motiv
bəlkə də, genetik mən belə hiperaktiv
buna cavab belə vermədi “chat gpt”
(ai) dünya kreativ

hamı öz monitorunda demokrativ
intellekti olmayan innovativ
və avtomatik hamı dekorativ
bura qara portal yox, qara bandit
var “lgbt, illuminati”
hamı bilir onsuz, hamı maskalanıb

bizi qorxutmur komandir, karantin
amma yıxdı bizi bu qədər kredit
alko~orqanik, narko~sintetik
rahat təbliğ edir mtv intim
dəli kimi mənə baxırdı kollektiv
[bənd 2]
daha məntiqli olmaq impotent
nəinki 55 illik ipoteka
məktəbdən çox var restoran
əsas yeyib~içmək, bir də diskoteka

bəlkə yaxşı kişilərin dövrü bitdi
indi per~petuxların davasıdır
futbol üzrə milli himni bilmir
bu da ölkənin ən böyük yarasıdır

indi cəmiyyət çox qeyri~adekvatdır
indi kür~küçüklər küçədədir
indi ara uşaqları canlıdadır
indi “tiktoker”lər içəridədir

indi hər şey pulların başındadır
heç kim ədalət gözləmir məmurdan
necə təmizlik gəlir imandan
gəlir pox~püsür ancaq irandan

süni intellekt bizdən savadlı
hamı rahat yazır indi izahatını
cəmi yata bilir hamı, 3~5 saatdır
hamı güclə qazanır 3~5 manatını
bəlkə o dünya bax еlə bu dünyadır
mən o dünya gördüm bu dünyada
bu dünyanı ərəblər pulla aldı
görəsən, bəs o dünya kimə qaldı?


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...