
lirik lagu tapmaca - orkhan zeynalli & okaber
[bənd 1]
yaşamaqdır tək dərd
burada mənəm, bağdadda “saddam from baghdad”
bilinmir, nə qədərdir arzular qondarma
hər biri viranədir, hər biri bombardman
bu şeirin üslubu mənim
necə ki, mənimdir hər qarışı, hər daşı
kvadratı, çevrəsi, hər kubu mənim
könlümün sevgili məhbubu mənim
gözü bağlı, qolu qandal
bipolyar pozuntular dolu çanta
yox, gətirsin kitab, oxuyan aydınlansın
hər şeyi qavramağa, gərək, beyin gətirsin ki tab
kiminsə əli pula
çatan kimi dönüb olur “caligula”
bədənimə baytar, ruhuma dua
ən əsas bilməliyəm, kim göndərib məni bura
[nəqərat]
biz dənizlərin dibindən
dahilərin sözündən
sevənlərin gözündən
daha dərin üsyanıq
daha dəli üsyanıq
[bənd 2]
çox uzun yolu biz qət elədik artıq, dayanıb bax
yol boyu fleyta çalırdı israfil, piano – bax
ulduzun parlayar o vaxt ki
mikrofonu qoyub gedək hələ ki
el bir olub şərəfimizə qədəh qaldırır piyan oba
boş ver, uğurunuz da nisbi
rep bizimçün səhər şirin çaya salıb yediyimiz biskvit
“sabahın xeyir, kral”~,deməyə yox ehtiyacımız
hərləmirik biz “king”
axı adımıza olmayan küçələr
belə yaxşı bilir, biz kimik
uğura obsessiv
çıxır “hit”lərimiz intensiv
məni dağ başına qoyanlar
seçimini eləyib bülletensiz
musiqi çörək qlütensiz
sənətimizi saymayanların
sənətinə “rest in peace”
yuxarı bax, yenidən biz
eşidirəm səslər, uzaqdan bərkdən gəlir
keçməyənlər məktəb fənni
baxın görün, məktəb nədir
bizə qarşı quşlayanların
ağzı sümükdən, saqqalı ətdən gəlir
xoş gəldin meydana, oka
“track” yazmırıq “mad”dən bəri
[nəqərat]
biz dənizlərin dibindən
dahilərin sözündən
sevənlərin gözündən
daha dərin üsyanıq
dənizlərin dibindən
dahilərin sözündən
sevənlərin gözündən
daha dərin üsyanıq
daha dəli üsyanıq
Lirik lagu lainnya:
- lirik lagu right place, right time (feat. flav.io) - ari@home
- lirik lagu desculpe o auê (ao vivo no som brasil) - tiê (bra)
- lirik lagu pageant smile - suicide cages
- lirik lagu let it pop - jayjay joshua
- lirik lagu dna of a dream - class_sick
- lirik lagu exes - hasan raheem, abdullah kasumbi, talha anjum & talhah yunus
- lirik lagu sterne kann ich tanzen sehn - klaus sommer
- lirik lagu what's left of us - hannah mcgee
- lirik lagu rodeo - iris caltwait
- lirik lagu damage control - mihardestcore