lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tanrımı göndərdi - gülyanaq məmmədova

Loading...

[bənd 1]
sən haradan bilirdin, təkəm, yalqızam?
sən haradan bilirdin, di danış, di din
durmuşdum beləcə üzü göylərə
tanrımı göndərdi, özünmü gəldin?

bizi hansı sevda tuş elədi, tuş
dilinə gəlməyən sözündən soruş
qayıt bircə dəfə özündən soruş
tanrımı göndərdi, özünmü gəldin?

[nəqərat]
haradasa qarışdı bəxtimin yaşı
gəldi otuz yaşda ömrün qar~qışı
gecikən hər bir şey tale qarğışı
tanrımı göndərdi, özünmü gəldin?

günəşlə doğulmur hər sökülən dan
nə bunu dərd elə, nə də ki aldan
bu yolun sonu yox, qayıt bu yoldan
tanrımı göndərdi, özünmü gəldin?

[bənd 2]
gecikən sevdalar göz yaşı, ahdır
hər eşqin əvvəli, son başı ahdır
biz necə görüşək, axı günahdır?!
tanrımı göndərdi, özünmü gəldin?
vardığım bu yolun son ucu qəmdir
kədəri nəşədir, sevinci qəmdir
ey zalım, çəkdiyim sonuncu qəmdir
tanrımı göndərdi, özünmü gəldin?

[nəqərat]
haradasa qarışdı bəxtimin yaşı
gəldi otuz yaşda ömrün qar~qışı
gecikən hər bir şey tale qarğışı
tanrımı göndərdi, özünmü gəldin?

günəşlə doğulmur hər sökülən dan
nə bunu dərd elə, nə də ki aldan
bu yolun sonu yox, qayıt bu yoldan
tanrımı göndərdi, özünmü, özünmü gəldin?

[çıxış]
bu yolun sonu yox, qayıt bu yoldan
tanrımı göndərdi, özünmü, özünmü gəldin?
özünmü gəldin?


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...