
lirik lagu seyyid hüseynzadə - iki yad
[bənd 1]
saçlarının dalğasında
dəli ruzigarlar əsir
sözlərin qəlbimdə
ruhumda gəzir
ruhumda gəzir
[keçid]
sözlərimi gözlərimdən
bax anla, deyəcəm amma
sayəndə doğma olan
olub indi iki yad
bir baxışla anlaşan
o gözlər indi hanı?
sən olmayan bu, inan
dünya mənə yad
dünya mənə yad
[nəqərat]
aylarımı, illərimi, günlərimi sənə görə
keçmişin hər bir gününü gün edən gözlərinə
bağlanıram, mən yanıram, odlanıram sənsiz hər an
gəlmə bir də yuxularıma, mən onu gerçək sanıram
aylarımı, illərimi, günlərimi sənə görə
keçmişin hər bir gününü gün edən gözlərinə
rəngini güllərdən alan, gülləri cənnətdən olan
gözlərinə bağlanıram, mən onu cənnət sayıram
[bənd 2]
leyli, məcnun deyilik ki
sonumuz qəmli ola
mən burada, sən burada
gəl ol mənə yar
gəl ol mənə yar
[keçid]
sözlərimi gözlərimdən
bax anla, deyəcəm amma
sayəndə aşiq olan
olub indi iki yad
bir baxışla alışıb~yanan
o gözlər indi hanı?
sən olmayan bu, inan
dünya mənə yad
dünya mənə yad
[nəqərat]
aylarımı, illərimi, günlərimi sənə görə
keçmişin hər bir gününü gün edən gözlərinə
bağlanıram, mən yanıram, odlanıram sənsiz hər an
gəlmə bir də yuxularıma, mən onu gerçək sanıram
aylarımı, illərimi, günlərimi sənə görə
keçmişin hər bir gününü gün edən gözlərinə
rəngini güllərdən alan, gülləri cənnətdən olan
gözlərinə bağlanıram, mən onu cənnət sayıram
Lirik lagu lainnya:
- lirik lagu the speakers (rou) - re-birth
- lirik lagu zeta keeptrickin - locked in (freestyle)
- lirik lagu léo & raphael & guilherme e manuel - jeitão do ms
- lirik lagu david johnson kim - eclipse
- lirik lagu bt spiig, gdxtti & mar shine - real spill
- lirik lagu 3mptylxve & vikstrem - не взаимная любовь
- lirik lagu bad wolves - legends never die (live)
- lirik lagu немедийность (nemediynost’) - 15:00
- lirik lagu nocnypopierdalacz - diss na murzyna i labubu
- lirik lagu fəridzadə - ağ gəlinlik