lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu saybu & aisel - insan-i kamil

Loading...

yetişməyə təriqətə təriqətin təriqi yol
gələnlərin həbibi yol, gedənlərin rəfiqi yol
şəriətin, təriqətin, mərifətin dəqiqi yol
fəqət mənim həqiqətimlə başlayar həqiqi yol

bu qədər dərd içində insan
oynamasın, de neyləsin?
dəli kür kimi coşan qəlbimə
əncam hər can səs eyləsin

kimi sevdim, ziyan çəkdim
səndən başqa olmaz mənə yar
nə o dünya, nə də bu dünya
məni nurun edəcək aşkar
nə o dünya, nə də bu dünya
yalnız nurun edəcək aşkar

vəhşidir nəfsim, istər məndən məni, mən mənə şikar olmam
günəş istəsən, öndən çəkil, olsan bulud aşikar olmam
varlığa dair olmaz şübhəm, zahir sübutdur vahidə aid
yoxluq təsdiq etsə eşqimi, lal~kar olaram inkar olmam

inkar olmam!
inkar olmam!
inkar olmam!
inkar olmam!
içərəm eşq şərabını dərddən
dərdə düşdüyümü meydan tutar
saqi süzər meydən
könlüm düşərsə heydən, şeytan tutar
insan~i kamilə bir işarədir
arif çəkərsə neydən misal
titrər sərçə ürəklər
səsdən, sözdən gözləri leysan tutar

söz söyləmək irfan istər
dinləmək səbr, rifah istər
nə istərsə, gözüm üstə
başım üstə ilah istər

ilah istər!
ilah istər!
ilah istər!
ilah istər!

eşq aləminə dünyalar sığmaz
eşq aləminə dünyalar sığmaz
eşq aləminə dünyalar sığmaz
eşq aləminə dünyalar sığmaz


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...