lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu səyyad əlizadə - tapşırdın məni

Loading...

[giriş]
ətrimi gül aldı, çiçək apardı
üzümün rəngini bir rəng apardı
çağırdım, səsimi külək apardı
əsən yellərəmi tapşırdın məni?

könlümü alanda könlüm deyərdin
ey, məni qoxulayanda gülüm deyərdin
adımı deməzdin, sevgilim deyərdin
məcnun, çöllərəmi tapşırdın məni?

[bənd 1]
dağlara çən düşdü, xəbər tutmadın
saçıma dən düşdü, xəbər tutmadın
ayrıldıq, gen düşdük, xəbər tutmadın
yaman dillərəmi tapşırdın məni?

dağlara çən düşdü, xəbər tutmadın
saçıma dən düşdü, xəbər tutmadın
ayrıldıq, gen düşdük, xəbər tutmadın
yaman dillərəmi tapşırdın məni?

[keçid]
tapşırdın məni, tapşırdın məni
yaman dillərəmi tapşırdın məni?
tapşırdın məni, tapşırdın məni
yaman dillərəmi tapşırdın məni?
[nəqərat]
gözlədə~gözlədə qocaltdın məni
mən ki yuxudaydım, ayıltdın məni
gözlədə~gözlədə qocaltdın məni
mən ki yuxudaydım, ayıltdın məni

nə tutdun əlində, nə atdın məni
özgə əllərəmi tapşırdın məni?
nə tutdun əlində, nə atdın məni
özgə əllərəmi tapşırdın məni?

tapşırdın məni, tapşırdın məni
özgə əllərəmi tapşırdın məni?
tapşırdın məni, tapşırdın məni
özgə əllərəmi tapşırdın məni?

[bənd 2]
bu günü gözlədim, sabaha qaldı
sevincin axırı bir aha qaldı
ümidim tutduğun günaha qaldı
gələn illərəmi tapşırdın məni?

bu günü gözlədim, sabaha qaldı
sevincin axırı bir aha qaldı
ümidim tutduğun günaha qaldı
gələn illərəmi tapşırdın məni?
[keçid]
tapşırdın məni, tapşırdın məni
gələn illərəmi tapşırdın məni?
tapşırdın məni, tapşırdın məni
gələn illərəmi tapşırdın məni?

[nəqərat]
gözlədə~gözlədə qocaltdın məni
mən ki yuxudaydım, ayıltdın məni
gözlədə~gözlədə qocaltdın məni
mən ki yuxudaydım, ayıltdın məni

nə tutdun əlində, nə atdın məni
özgə əllərəmi tapşırdın məni?
nə tutdun əlində, nə atdın məni
özgə əllərəmi tapşırdın məni?

tapşırdın məni, tapşırdın məni
özgə əllərəmi tapşırdın məni?
tapşırdın məni, tapşırdın məni
özgə əllərəmi tapşırdın məni?

tapşırdın məni, tapşırdın məni
gələn illərəmi tapşırdın məni?
tapşırdın məni, tapşırdın məni
özgə əllərəmi tapşırdın məni?


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...