
lirik lagu röya - yada düşürsən
[bənd 1]
yadıma düşürsən, sevgilim, hərdən
ürəyim, az qalır, çıxsın yerindən
görüşə bilsəydik bir də təzədən
vallah, bu dünyada dərdim olmazdı
[keçid]
hərdən istəyirəm, yanına gələm
uzaqdan da olsa, üzünü görəm
səni danışdıram, halını soram
bəlkə bir baxışın yaşatdı məni
[nəqərat]
içmişəm bu eşqin zəhərini mən
almıram, nə vaxtdır, xəbərini mən
boyumdan da böyük kədərini mən
salıb ürəyimə dağ eyləmişəm
içmişəm bu eşqin zəhərini mən
almıram, nə vaxtdır, xəbərini mən
boyumdan da böyük kədərini mən
salıb ürəyimə dağ eyləmişəm
[bənd 2]
atıram sevgindən bir az qəlbimə
qəlbimin içində oda düşürsən
xəyalım şahiddir gecələrimə
gecə səhərədək yada düşürsən
[keçid]
hərdən istəyirəm, yanına gələm
uzaqdan da olsa, üzünü görəm
səni danışdıram, halını soram
bəlkə bir baxışın yaşatdı məni
[nəqərat]
içmişəm bu eşqin zəhərini mən
almıram, nə vaxtdır, xəbərini mən
boyumdan da böyük kədərini mən
salıb ürəyimə dağ eyləmişəm
içmişəm bu eşqin zəhərini mən
almıram, nə vaxtdır, xəbərini mən
boyumdan da böyük kədərini mən
salıb ürəyimə dağ eyləmişəm
[keçid]
bəlkə indi sağ olsaydın
sənə yazdığım bu şeirə
daha şən mahnılar oxunardı
amma yox, sən elə özün
yaxşı bilirdin ki, bu mahnı qəmli olacaq
çünki sən artıq vətən uğrunda
canından keçməyə hazır idin
sən ölməmisən, sən şəhid olmuşsan
sevgini yaşada bilməsən də
ürəklərdə sevilərək yaşayacaqsan
sən ölməmisən axı, sən şəhid olmuşsan
[nəqərat]
içmişəm bu eşqin zəhərini mən
almıram, nə vaxtdır, xəbərini mən
boyumdan böyük kədərini mən
salıb ürəyimə dağ eyləmişəm
Lirik lagu lainnya:
- lirik lagu prefijo91 - goodbye kitty's
- lirik lagu josh davis country music - strangers again
- lirik lagu king $ly - on & on
- lirik lagu kurba & licmi - zavisnosti
- lirik lagu bosski roman - stereotyp
- lirik lagu cosmic gate & delfy - hear me out (hel-sløwed remix)
- lirik lagu chief keef - ufo
- lirik lagu veust - parrhesia
- lirik lagu hailey hermida - dare me
- lirik lagu 164 - gokuakunin