
lirik lagu röya - olar
[bənd 1]
müəllim olsaydın
hədiyyən olardım
sən məni almasaydın
başqasına çatardım
başqasın məcbur edib
yoldan çıxardardım
mən çantanda yerləşib
əlinə toxunardım
[nəqərat]
yanında olardım
hər səhər, hər axşam
hər gündüz, hər gecə
olardım
yanında olardım
hər səhər, hər axşam
hər gündüz, hər gecə…
[bənd 2]
həkim olsaydın
baş həkimin olardım
vəzifəmdən sui~istifadə edib
səni danlayardım
sən gecikərdin
mən otağına gül qoyardım
unudardım
ki, təcilidir tibbi yardım
[nəqərat]
yanında olardım
hər səhər, hər axşam
hər gündüz, hər gecə
olardım
yanında olardım
hər səhər, hər axşam
hər gündüz, hər gecə…
[bənd 3]
şeytan olsaydın
vəkilin olardım
hamıya qarşı çıxıb
səni mələk çıxardardım
deputat olsaydın
səni dinləyib yatardım
yeni qanunlarına
laylaytək qulaq asardım
[keçid]
bir əsər olsaydın
şekspir olardım
ya olum, ya ölüm
soruşsaydın
mən (mən, mən)
[nəqərat]
yanında olardım
hər səhər, hər axşam
hər gündüz, hər gecə
olardım
yanında olardım
hər səhər, hər axşam
hər gündüz, hər gecə…
hər səhər, hər axşam
hər gündüz, hər gecə…
[çıxış]
olardın?
hə, mən olardım, bəs sən?
mən də olardım
Lirik lagu lainnya:
- lirik lagu yung kayo - this or that
- lirik lagu elxnce2 - hold on, we're going home 78bpm @elxnce #jerseyclub
- lirik lagu baeby alex - double dutch bus (demo)
- lirik lagu oblivious07 - better left unsaid.
- lirik lagu mariano wonzoski - sinais de jesus cristo
- lirik lagu pino bluntslide - pusten
- lirik lagu polakan - pa romper culo
- lirik lagu mousy - dead eyes
- lirik lagu snxwphia - scars
- lirik lagu aki oke - nyc come get me