lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ramzees - səhifə l.

Loading...

həyatım dəyişdi bax, görünmür əvvəlki adam
sanma ki, rahat oldu, çox vaxt aldı, boş tin dalan
daha əvvəlki keçmiş hisslərimin hamısıyla yadam
tanış uşağlarıydı pozuldu hamısıyla aram

həmişə deyərdilər dostu seçəndə ən düzünü seç
indi anlıyıram qızıldan qiymətli sözləri
dəyərli saydığımız bir neçəsi yoxdu bizimlə
bu yolun bizlə dəxli yox, inanki seçdi özləri

sevgi axtarışı bir iki fahişə ürəklərində
hissləri pozulmuş, ruhu alçaq sədaqətiylə
xəyanət cinayət olduğu vaxtlar üçün darıxmışam
indi xəyanət adi bir şey kimi ürəklərində

bəlkə də anlamırsan danışdığım boş boş sözlər
şahidiyəm, ürək deməz yalan deyər hətta gözlər
inanma çox deyəcəklər arxanca yaraşmır sənə
bəlkə də bu dövrdə ciddi sevən daimi özlər

buraxmışam hər şeyi, qeyri~ciddi gəlir bu işlər
güzgüyə bax, özünü tap, çıxışlardı girişlər
bəlkə də sonun deyil, sən gələcəyin əvvəlindəsən
inan ki, çox az qalıb yaxınındadır həmin finishlər

bu deyil ədəbiyyat, oxumamışam vaxtında
xalxın uşağı deyiləm, qalmamışam yadlarda
nə imtahan 600~, nədə ki qalmaqallıyam
nə də yaxşı biri olmağ istəməmişəm ağıllarında
bu fikirlər .. mənə görə deyil bilmirəm
bəlkə də yazdığım hər söz kimisən hələ də silmirəm
danışığın ucuz gəlir mənə bəlkə də ona görədi
hər şeyini bilirəm bax, nəysə, hələ də dinmirəm

sən bunu eləsəm nə deyərlər o düşüncələrdə
mənə bənzəmirsən, mən tamam başqa beyinlərdə
sözlərində məna yoxdu, deyən elə böyüməmisən
get sevgini axtar taylarının çiyinlərində

bu biraz uzun oldu, öyrəşmədim bu qədər yazmağa
diqqət elə yanına gəlib gedən hər bir axmağa
sevmək azad şeydir get ikili tattoo vur sən
nə var ki, etiraf edib də gedib qolunu qazmağa

həri mən pis biriyəm deyə bəlkə də dəyərim yoxdu
sağollaşanda yadımdadır son dəfə gözləri doldu
səviyyə söhbəti var, hər söhbətə girişmirəm mən
inan axtarsam sən kimisindən şəhərdə boldur

kiməsə toxunacağ gözlə görüm bəlkə sözlərim
sözlər desə belə deməz heç vaxt yalan gözlərim
səbəbsiz insan oğlu günah axtarır yerdə dizləri
o sən bilən şey deyil dostum, inan, yoxdu məqsədim

bəlkə də düz dеyirsən, düzlərimdən çoxdu səhvlərim
amma, əyilmərəm, dəyişmərəm səhvə səddləri
bədxərc insan irqi, sətirlərdə tapırsan özünü
nə desəm dəyişmiyəssən, buraxıram özünə vəddləri
bağlıyıram dəftəri, mən belə tanımamışdım
özümdən küsürdüm bir ara, sonra yenе barışırdım
fərqli emossiyalar, düşüncələrə qarışırdım
bəlkədə psixi problemdi, düşüncəmlə dalaşırdım

içimdə iki insan savaşırdı, bilmirəm nədir
zəmanə dəyişkən vurulur boğazda kəndir
söz müqəddəsdi sözlərimi bıçaq da kəsmir
başında fikirlər dolu, şək!llər, səmada təsvir

day bu axrıncıdı, son sözümü verim sizlərə
nə qədər gülsəm belə içimdəkini həmişə gizlərəm
ehtiyac var idi bəlkə də dediyim onca sözlərə
nə qədər özləsəndə atıb gedəni həmişə gözləmə

yalnış ortamda olan hər kəs istəyər dəlil
yatanda cavabsız suallar belə anidən gəlir
artıq itirmişəm başımı bilmirəm düz, səhv nədir
çox danışmayacam, məncə bu qədər bəsdir


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...