lirik lagu rəvanə qurbanova - vəfalı qızam mən/badamlı/yar bir olar, ya iki (popurri)
[bənd 1]
otağın yaraşığı, eyvanın sarmaşığı
görüşünə gəlmişəm, baxma elə acıqlı
məni yaxından tanı, sənsən canımın canı
səni bu şən həyatda məndən çox sevən hanı?
[nəqərat]
hüsnünə heyranam mən
səsinə qurbanam mən
sözümdə yoxdur yalan
vəfalı bir qızam mən
sözümdə yoxdur yalan
vəfalı bir qızam mən
[bənd 2]
ellərin bayramında, güllərin bayramında
könlümü verdim sənə bir bahar axşamında
gülüm, könlümü dindir, o ki təkcə sənindir
məni bu şən həyatda səndən çox sevən hanı?
[nəqərat]
hüsnünə heyranam mən
e~hey…
[bənd 3]
badamlı nə sərin, badamlı nə şirin
badamlı adı var, badamlı dadı var
dərdlərin dərmanı, belə su, de, hanı?
axtar, dolan bu dünyanı
bəh~bəh, nə gözəl suyu var
bizim azərbaycanın
[nəqərat]
iç onu, ürəyin qoy sərin olsun
iç onu, ürəyin qoy sərin olsun
iç onu, ürəyin qoy sərin olsun, ah
iç onu, ürəyin qoy sərin olsun
[bənd 4]
badamlı lal axır, badamlı qol axır
bulaqdan su çıxır, deyirsən, bal axır
dərdlərin dərmanı, belə su, de, hanı?
axtar, dolan bu dünyanı, hey
[keçid]
badamlı məzəli, süfrələr gözəli
şüşəsi, qədəhi əlbəəl gəzəli
çox olur şöhrəti, xoş sözü, söhbəti
gəzir eli onun şanı
bəh~bəh, nə gözəl suyu var
bizim azərbaycanın
[nəqərat]
iç onu, ürəyin qoy sərin olsun
iç onu, ürəyin qoy sərin olsun
iç onu, ürəyin qoy sərin olsun, ah
iç onu, ürəyin qoy sərin olsun
[bənd 5]
ismi pünhan, niyə məndən küsmüsən?
dost, mehriban ya bir olar, ya iki
ismi pünhan, niyə məndən küsmüsən?
dost, mehriban ya bir olar, ya iki
bir gün ölsəm, hamı deyər, yazıqdır
[nəqərat]
canı yanan ya bir olar
canı yanan ya bir olar, ya iki
dərdi qanan ya bir olar
dərdi qanan ya bir olar, ya iki
Lirik lagu lainnya:
- lirik lagu jennifer reid - a lift on the way
- lirik lagu tanisko shest & yuke - flaying
- lirik lagu vanny goodfella - if u got a hater(brick city remix)
- lirik lagu uptkidd & st6 jodyboof - stuck ina spot
- lirik lagu petsanity - malabo
- lirik lagu charlie jeer - babylon
- lirik lagu jensen mcrae - the most forgiving dog
- lirik lagu 44seraphim - dragons blood
- lirik lagu rai (vocaloid producer) - anarchy station
- lirik lagu inkubus sukkubus - the witch of berkeley (daemon romantica mix)