lirik lagu rəssam - #13
necə dəli edir son məktubun sətirləri
necə gəlib~gedir qoxusu keçmiş günlərin
necə yorub səni? “sevgindən yorulmuşam” nədir?
gedən çıxıb gedir, səndə isə yalan bəhanədir
səni tanıdığım gün ağlımla vidalaşdım
güclü insanların da mütləq olur zəif yeri
həyatımın tam mərkəzinə şah etmişdim
güvəndiyim, ən güvəndiyim adam kimi
elə əsir oldum gözlərindəki işıltıya
necə rəva bildin, maraqlarına satdın məni
üç ilin hər ilində özümdən pay verdim sənə
marağın pul~paraydısa, içində boğardım səni
bilmirəm, özümə gülüm, ya sənə yazığım gəlsin
hələ mən ölməmişəmsə, özünə yazığın gəlsin
dramatik həyatımız var, hələ davam edir
səni mən yaratmışam, mən bilirəm zəif yerini
insanı tanımaq olmur, burada çiy süd məsəli
girir, talan edir, qəlbinə girib satır səni
nəyə güvənim indi? mələk gözlər də saxtadır
çox dedilər: “inanma”
mən eşqin onda havasındaydım
necə dəli edir son məktubun sətirləri
necə gəlib~gedir qoxusu keçmiş günlərin
necə yorub səni? “sevgindən yorulmuşam” nədir?
gedən çıxıb gedir, səndə isə yalan bəhanədir
kaş səni tanımaz olardım, görməz olardım
bilməz olardım, duymaz olardım
heç sevməz olardım, fədakar olmazdım
özümü dəyərli tutsaydım, bu qədər kor olmazdım
ağrım ürəyimdən deyil, bu ağrı kürəkdən gəlir
sən rahatsan bəlkə, yerinə utanmağım gəlir
səninlə doğruçu idim, hər kəslə belə olmur
yenidən həqiqi olmaq yəqin ki, mümkün olmur
səni görsəm, o qədər sualım var
üz~üzə gəlib~gəlməməklə bağlı təzadım var
zəhərli xatirəsən yaddaşıma, dərin yaram
bu hesab~kitab bitməsə, özümlə olmaz aram
bilirsən, mən səndən anlamışam
özündən kiməsə çox dəyər verməyin yanlışı var
göylərin karmasıdır, hər kəsin öz dərsi var
allahın yazdığını dəyişməyin də dərsi var
necə dəli edir son məktubun sətirləri
necə gəlib~gedir qoxusu keçmiş günlərin
necə yorub səni? “sevgindən yorulmuşam” nədir?
gedən çıxıb gedir, səndə isə yalan bəhanədir
Lirik lagu lainnya:
- lirik lagu aftahizufat - soul sucking groove
- lirik lagu douglas holmquist - flowers - emo (ariel
- lirik lagu brooklyn queen - twerk it
- lirik lagu raem music - alive
- lirik lagu lil he77 - i got tatts 2
- lirik lagu auvic - overload
- lirik lagu gabi sampaio & andré aquino - bom perfume
- lirik lagu lynxcats - let it rain
- lirik lagu joshua raw - eliza
- lirik lagu saknes - xv siècles