
lirik lagu rəhimxan - bədəl
[bənd 1]
sən getsən belə, bu sevgi ürəyimdə heç azalmadı
həmişə qış oldun mənə, bir dəfə yaz olmadın
başqa birinə sevgi hiss edəmmirəm sənə görə
çünki qəlbimdən zərrə qədər azalmadın
başqa birinə aşiq olacaq qədər axmaqsan
mənim təmiz olan bu qəlbimi necə qıra bildin?
mənim sənlə olan xəyallarımı yıxdın, getdin
başqa birisi ilə necə xəyal qura bildin?
inanmıram, bu sevgi bu qədər alçaq ola bilməz
düşünürdüm ki, məndən ayrı uzaq qala bilməz
düşünürdüm ki, sənin gözəlliyin qarşısında
bütün dünya mat qalar, gözlərin ala bilməz
indi bilirəm ki, o gözəllik boş şeydir
mən də başa düşdüm səhvimi, daha boş verdim
dedin ki: “ayrılıram səndən daha, xoş getdin”
məni də apar özünlə, gedəndə əliboş getmə
[nəqərat]
bir bilsən, qəlbim həsrət ilə
necə alışar, yanar gecələr?
həyatımda yerin görünər getdin~gedəli
bir sənsən, bir də ki rəsmlərin dərdi verən
baxaram, keçərəm
sonda ayrılıq olar xəyanətinin bədəli
bir bilsən, qəlbim həsrət ilə
necə alışar, yanar gecələr?
həyatımda yerin görünər getdin~gedəli
bir sənsən, bir də ki rəsmlərin dərdi verən
baxaram, keçərəm
sonda ayrılıq olar xəyanətinin bədəli
[bənd 2]
xeyli zaman keçdi, gəlmədin sən amma
yollarında qaldı gözüm, kor olduğumu sanma
mən səninlə kül olmuşam, necə deyirsən: “yanma”?
ay üzlüm, hər şeyi dan, keçmişimizi danma
kitablarda mövzu oldu sənə olan bu sevgim mənim
hər gün bir az azaldım, amma sevgim mənim əskilmədi
yoxluğunda bir özgənin belə odunda isinmədim
sən de, bilim, bu sevgi sənin, heçmi qəlbin isinmədi?
hər gün öpürəm, yar, saçlarını şək!llərindən
məni yad əllərə verdin, ayırdın öz əllərindən
dərdim az idi, qəlbim, gedişinlə dərd gətirdin
məni məhrum eylədin sən can alan o gözlərindən
ötən günlər keçdi, keçmişimdə qaldı
məni məndən çox sevən bir balaca xanım vardı
xəyallarımı aldı məndən, ümidlərim qaldı
kaş özgəyə yar olaydı, torpaq olmayaydı
Lirik lagu lainnya:
- lirik lagu godsickness - ac2
- lirik lagu traste lindéns kvintett - hälften vore nog
- lirik lagu ashley wallbridge, christina novelli & pulse gate - impossible
- lirik lagu yung white melly - numb (cover)
- lirik lagu lead belly - how long (tradition masters version)
- lirik lagu aoz0ra - pensées naufrage
- lirik lagu greater vision - follow me
- lirik lagu claud allen - big wheels
- lirik lagu prodak42117 - i'm in it! (⭐️fukkker)
- lirik lagu duffle bag dan & big k - george lucas