lirik lagu qaraqan - yabanı çiçək
[verse: qaraqan]
yu parlaq gözlərindən qara sürmələri
süni kirpiklər sanki qəfəs — gözlərin türmədədir
və çalarları poz
yanağına çəkdiyin kölgələri
sil dodaqlarından üzərinə sürtdüyün al qırmızı rəngi
çıxar əynindən tanımadığın quldarların adını
özgə kişilərin adı yazılan paltarlar yeni çadrası qadının
çıxar əynindən səni mənə yadlaşdıran hər şeyi
sən heçnəyin olmayanda belə olursan hərşeyim
unuduram adımı
[nəqarət: qaraqan]
sən olduğun kimi gözəlsən
gül üzündə istəmərəm dəyişsin bir ləçək
olduğun kimi gözəlsən
süni qızılgüllərin hamısından göyçək, yabanı çiçək
olduğun kimi gözəlsən
gül üzündə istəmərəm dəyişsin bir ləçək
olduğun kimi gözəlsən
süni qızılgüllərin hamısından göyçək, yabanı çiçək
[verse: qaraqan]
heç kəsdən gizlətmə
üzünə tökülən çillər ulduzlu səma
bir də kaş bilsən alnındakı qırışların
necə yaraşır sənə
zərif, incə, bəyaz saçların tellərində görünəndə gözəlsən
əgər ömrünə gəlirsə payız onu qucaqla
bürünəndə gözəlsən
çıxar ağlından axmaqların sənə sırıdığı fikirləri
çıxar ruhundan qorxunu
qorxunun ölümü sevgidədir
çıxar, aydınlan
gözlərindəki sarğını, aydınlan
biz uzun bir əsər
əvvəlimiz gümüşdürsə sonumuz altından
[nəqarət: qaraqan]
sən olduğun kimi gözəlsən
gül üzündə istəmərəm dəyişsin bir ləçək
olduğun kimi gözəlsən
süni qızılgüllərin hamısından göyçək, yabanı çiçək
olduğun kimi gözəlsən
gül üzündə istəmərəm dəyişsin bir ləçək
olduğun kimi gözəlsən
süni qızılgüllərin hamısından göyçək, yabanı çiçək
Lirik lagu lainnya:
- lirik lagu hoverborg - black coffee
- lirik lagu grimykittyy - bleedingonthepartyjesusonme #lifestyle
- lirik lagu ruben sam - el mazo
- lirik lagu plymdl - yolo
- lirik lagu joniel & luar la l - sex love
- lirik lagu bl4ck fezco - lying 2 my face
- lirik lagu david bowie - lady stardust (john peel session)
- lirik lagu عمرو دياب - el ta'ama - الطعامة - amr diab
- lirik lagu s3huncho - no returning
- lirik lagu daphne lawrence - magkas