lirik lagu qaraqan - tanrılı gecələr
[giriş: qaraqan]
tanrılı gecələr
tütünü tüstülü, yanğılı gecələr
uzaq ulduzlara baxdığı gecələr
özünü itirib tapdığı gecələr
tanrılı gecələr
tanrılı gecələr
acı dadı dili dərmanlıdır gecələr
ürək ağrılı gecələr
qazır bağrını gecələr
tapa yandıran içini, yanğını gecələr
alır ağlını gecələr onun
[nəqərat: qaraqan]
tanrılı gecələr
tütünü tüstülü, yanğılı gecələr
uzaq ulduzlara baxdığı gecələr
özünü itirib tapdığı gecələr
tanrılı gecələr
tanrılı gecələr
tütünü tüstülü, yanğılı gecələr
uzaq ulduzlara baxdığı gecələr
özünü itirib tapdığı gecələr
tanrılı gecələr
[bənd 1: pünhan azim]
o qaranlıq gecənin sonrası yox
bu qaranlıq gecənin gündüzü var
o qaranlıq gecənin şübhəsi çox
bu qaranlıq gecədə haqq özü var
o qaranlıq gecədə söz, həyacan
bu qaranlıq gecədə mən və sükut
yaxın imiş nə qədər şübhə, yalan
uzaq imiş nə qədər səcdə, qunut
o qaranlıq gecə işrət qoxusu
bu qaranlıq gecədə ətri~dua
o qaranlıq gecə qəflət yuxusu
bu qaranlıq gecədə sevgi, dua
o qaranlıq gecə hər şey satılır
bu qaranlıq gecə dünyaya talaq
o qaranlıq gecə aləm yatılı
bu qaranlıq gecə insanlıq oyaq
[nəqərat: qaraqan]
tanrılı gecələr
tütünü tüstülü, yanğılı gecələr
uzaq ulduzlara baxdığı gecələr
özünü itirib tapdığı gecələr
tanrılı gecələr
[bənd 2: qaraqan]
tanrılı gecələr
gündüzlərin bəlkə bizə ahıdır gecələr
matəm ağıdır gecələr
utanar ruh günahından, üzünün bağıdır gecələr
qan rəngi dadı şərab, bir üzüm bağıdır gecələr
yolunu itirən bəndə, bürümüş içi kol~kos cəngəl
gələcək təngə yorulan gəmilər atacaq suya ləngər
əruzunu dartar tarım, hecaları düzülər ahəngə
boyanar min rəngə gecələr
[nəqərat: qaraqan]
tanrılı gecələr
tütünü tüstülü, yanğılı gecələr
uzaq ulduzlara baxdığı gecələr
özünü itirib tapdığı gecələr
tanrılı gecələr
tanrılı gecələr
tütünü tüstülü, yanğılı gecələr
uzaq ulduzlara baxdığı gecələr
özünü itirib tapdığı gecələr
tanrılı gecələr
[bənd 3: pünhan azim]
o qaranlıq gecə çirkab yaradır
bu qaranlıq gecənin sağ yeri var
o qaranlıq gecə hər yan qaradır
bu qaranlıq gecənin ağ yeri var
o qaranlıq gecə bir saxta bəzək
bu qaranlıq gecə gerçək yaraşıq
o qaranlıq gecə daşdan bir ürək
bu qaranlıq gecə titrək bir işıq
o qaranlıq gecədə qüssə, təlaş
bu qaranlıq gecədə aramlıq
o qaranlıq gecə hər cümlədə “kaş”
bu qaranlıq gecə bir bayramlıq
heçnəlikdən yazı, heçlikdən əsər
elə əlyazmadır laədri olur
o qaranlıq gecə itgin bir əsər
bu qaranlıq gecənin qədri olur
[bənd 4: qaraqan]
iki yanlıdır gecələr
bir üzü nur, bir şeytanlıdır gecələr
içi zindanlıdır gecələr
onu çağırar, çıxa çölə bir söz, bir küy içdən, bir duyğu
içdən bir səs deyəcək: “gəl”
görəsən tanrımı gecələr?
[nəqərat: qaraqan]
tanrılı gecələr
tütünü tüstülü, yanğılı gecələr
uzaq ulduzlara baxdığı gecələr
özünü itirib tapdığı gecələr
tanrılı gecələr
tanrılı gecələr
tütünü tüstülü, yanğılı gecələr
uzaq ulduzlara baxdığı gecələr
özünü itirib tapdığı gecələr
tanrılı gecələr
Lirik lagu lainnya:
- lirik lagu wilted days - shitty metaphors
- lirik lagu kylie minogue - eyes closed
- lirik lagu brandon mendoza-meza - forever blue
- lirik lagu irinka tigra - хаски-деревня (husky village)
- lirik lagu weglobe - you heard my cry
- lirik lagu tyler, the consumer - sugar in my tum
- lirik lagu dj squeeky - f ** k five-o
- lirik lagu carl story - hiding place
- lirik lagu thefrenchv - dawidi
- lirik lagu ポケットモンスター (pokémon) & 松本梨香 (rica matsumoto) - alola!!