lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu qaraqan - kukla teatrı (məktub 2)

Loading...

[verse 1: qaraqan]
bizi kim tullayıb bura, ata?!
tapmadım boz küçələrin arasında bir zərrə nur
mən kiməm ki? kim bu pencəkli adamlar?
uzadırlar mənə qəribə dərmanlar, ~ “iç”, ~deyirlər, ~ “düzələcək”

mən həyat tamaşasına kənardan baxıram sanki
o vaxta yaxınlarım müəllim, həkim, rəis, bankir
hərəsinin evində pul torbası, gombul arvad, ailə
birazdan uşaqlar gedəcək məktəbə

sənin işarələrin gözə dəymir, itir üstdən
sənin minarələrin göydələnlər arası görünmür
nə isə, təzə qanunlar müzakirədə milli məclisdə
mən isə binanın damında oynayıram ölümlə

kimdənsən: israildən, ya fələstindən?
bakıda bəzi küçələrə yağış yağmır uzun illər
bizi çevirir saqqallı uşaqlara! bu, nə axmaq senari?!
məni kimsə çıxarsın bu ağ~qara ölü filmdən

bilmirəm niyə yazılır gecələr yarımçıq şeirlər
onların içində gizlədirik yəqin ağrıları
mənə deyirdilər ki: “qal şou~biznesdə”
mən isə toxuyurdum təzə tənqid qamçıları
qamçıladım hər birini və indi düşmən hər kəsə
öldürməlisən qəhrəmanı, əgər yazırsansa əsər
hər dəfə zər gəlmir qoşa, bəxti yaxşı qarışdırmaq lazım
qaraqan qayıdır, məni şeytanla barışdırmaq lazım

[skit 1]
insan bilir ki o bu dünyada müvəqqətidir. bilir.. insan bilir ki müvəqqətidir. ona görə də hər cür nadanlığa, kobudluğa, əliəyriliyə, satqınlığa, namussuzluğa, vicdansızlığa yol verir

[verse 2: okaber]
bizi kim tullayıb bura ata?
ayrılıqlar çevirir bizi torpaģdan suya
mən ətrini duymaq istədim həmən saçların
necəki şəhidin sevdiyi ətrini torpaqdan duyar

ayrılıqlar elə bil it kimi qudurmaq kimidir
dəlixana koykalarında oturub durmaq kimidir
eləbil şoka salan aģrılar yada koma
piyada keçidinin üstündə adam vurmaq kimidir

sətiraltı yazılarım 13~ləri coşturar
haqla batil artıq cəmi beş barmaq kimidir
bizlərə şeytan deyənlər özləri çirk əhli
onlar şirk əhli tanrıya şərik qoşdular

nədi günah,nədi haram,nədi savab qüsur
ac uşaģın sərxoş atası evinə gəlib kabab qusur
sənəti 3 manat olanların gecəsi 1000 manatdı
“big bro” görür sizi vermir suala cavab, susur
burası azərbaycan,yəniki xəzər boyunca
ruhum gəzər doyunca
mənə lazım təzə oyuncaq
ki kukla teatrnda yarışdırmaq lazım
okaber burdadı məni karabinlə barışdırmaq lazım

[skit 2]
dərd qəm insanın ayrılmaz bir hissəsidir.insan yarandığı gündən mühitə üsyan edir və bu onun təbiətindədir.insan həyatda təsadüf nəticəsində yarandığının da bir həqiqət olduğunu boynuna almaq istəmir


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...