lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu qaraqan – həyatın qanunları

Loading...

[verse: qaraqan]
mənə dedilər rap yaz ~ rap yazdım
mənə dedilər hit yaz ~ hit yazdım
mənə dedilər dərs oxu ~ oxudum, beyin qırışlarıma bilik toxudum
mənə dedilər ver imtahan ~ verdim
mənə dedilər diplom al ~ ala, aldım
mənə dedilər al təzə geyimlər
nələr ki, dəbdədi, lazım elə geyinmək
mənə dedilər pul tap ~ pul tapdım
mənə dedilər qız tap ~ allatdım
mənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə

[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir~bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

[verse: qaraqan]
mənə dedilər gəl əsgərlikdən
gəl səni tanış eləyək ələsgər əmiylə
atanın dostu, yerlisi, qohumu
başda işləməyə ~ baş üstə, oldu
mənə dedilər maaş gətir ~ verdim
mənə dedilər saçın uzun ~ kəsdim
mənə dedilər qonşunun qızı var, bax ona ~ baxdım, sonra nişanlandım
mənə dedilər maşın al ~ tofaş aldım
mənə dedilər döymə ~ başa saldım
mənə dedilər ev alaq, evləndirək ~ qızla yatmaq üçün hamını borca saldım
mənə dedilər toy elə ~ evləndim
mənə dedilər döz bala ~ nervləndim
mənə dedilər qız ver ya oğul ~ beynimə saldım, soxdum, doğdu
[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir~bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

[verse: qaraqan]
mənə dedilər pul qazan ~ qazandım
dedilər qızıl al ~ aldım, aldım
mənə dedilər qızına pul ver
oğluna maşın al, evləndir, yola sal
mənə dedilər qocalırsan ~ qandım
mənə dedilər keç otağına ~ keçdim
mənə dedilər kəs səsini ~ kəsdim
mənə dedilər süz ~ süzdüm, içdim
mənə dedilər sat evi, böl pulu
bu qızına cehiz, bu da ki oğlunun
mənə dedilər sakit ol, danışma
sən qoca, bilməzsən səhv nə doğrudu
mənə dedilər bax seriala ~ baxdım
mənə aldılar təsbeh ~ fırlatdım
xəstələndim, dedilər döz ~ dözdüm
bezdi həkimlər, dedilər öl ~ öldüm

[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir~bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...