
lirik lagu promete - saniyələrin səsi
[bənd 1]
yığ bütün fikirləri, sanki çıxacaqsan yola
yükünün ağırlığı, maraqlıdır, nə qədər olar?
nələr fırlanır başında, nə qədər toplamısan
nələri daşıya bilərsən, nələr sonraya qalar?
neçə baqajı doldurar nikbin fikirlərin?
boğulmaq üçünmü yaşayırsan həyatı dərin?
tutalım, bir gündüzü tapdın düzü, güldü üzün
sən bu həyatın əsəri, bəs hanı sənin əsərin?
görünür bədbin fikirlər, göstərir ağır çəki
hamıda var onlar, ucalmasın səsi təki
yola köklə fikrini, yorulmağın vaxtı deyil
qarşıda görüləsi işlərin çoxdur hələ ki
yaş döyür qapını saniyələrin səsiylə
oynayır yaşamaq qapısının cəftəsiylə
gözlərin əla görür lazım olmayan hər şeyi
köklən, naxış qoymalısan hər nəfəs ilməsiylə
[nəqərat]
bu illər, bu illər, bu illər
bu illər, bu illər, bu illər
[bənd 2]
danışmışam bura kimi həmişə məndəki sənlə
yazım ayıq başla olub, yox aram duman~çənlə
dinləyən sayı uduzdu dinləyən diqqətinə
meteni dinləyirsən, demək, dostsan sən də mənlə
özünü sevməyənin yad sevgisi yalandırmı?
sənin də mənim kimi fikir evin talandırmı?
bu yerlər sənət sevən, öldürərək dəyər verən
biz gedənik, işlərimiz bizdən çox qalandırmı?
yaşamaq asandır tək olanda özün üçün
qurban da vermək olar bir~iki şeyi sözün üçün
bəs necədir yaşamaq ətraf üçün, dostlar üçün?
ailən üçün, dəyər üçün göstərərmi özün gücün?
olmazlarla böyüdük, qızıl orta ustasıyıq
özümüzçün etdiyimiz hər şeydə də başqasıyıq
günümüzə dəyər vermək çabasında olanlarıq
dünən seçmədən uşaq, sabah isə baş daşıyıq
[nəqərat]
bu illər, bu illər, bu illər
bu illər, bu illər, bu illər
bu illər, bu illər
[çıxış]
bu illər gedirlər
Lirik lagu lainnya:
- lirik lagu richard mitchley - rainer maria rilke - to music
- lirik lagu stxrr & split cold - in my head
- lirik lagu синхарат (sinharat) - свет звёзд (the light of the stars)
- lirik lagu 方大同 (khalil fong) - 詩人的情人 (the poet's lover)
- lirik lagu deck-it - just the way it goes
- lirik lagu sano ibuki - argonaut
- lirik lagu csjh the grace - pardon me??
- lirik lagu модем (modem band) - шанель№6 (chanel№6)
- lirik lagu скай (skai) (ua) - дике почуття (wild feeling)
- lirik lagu dedublüman - düğün