lirik lagu promete - oyun
[bənd 1] [promete]
dünyaya sorğusuz gəldik
sözlər ölkəsində qələm aldıq
əllərimmi oldu günahkar bu yazılan sətirlərə görə
yoxsa, beyin fikirləşdi?!
çıxılmaz sualların dilemmasında azdıq
bizə hər şey azdır, biz tamah övladları
biz günah övladları, buz tutub ürəkləri!
biz nə edə bilərdik ki, belə olmaması üçün?!
hər şeyin başlanğıcı bizdən daha əvvəldir
bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki
bəlkə, günəşi taparıq arxasında
amma orda heç ay da yox idi
indi heç ümid də yoxdur
əvvəlində bitdi oyunum, bizi aldadırmışlar
anlayanda ancaq güldüm, həyatı ikiyə böldüm
bundan sonrakı və bundan əvvəlki…
yəni, inandığın, bir də soyuqluğun hakimiyyəti
bəs, sevgi?
sevgi də kimdədirsə, gizlədir…
[nəqərat] [ayka]
o, sənin içində, o, sənin üzündə
o, yerin üzündə, o, tək mümkün
o, güc dizində, o, gülüş hüzndə
hər kəsin izində, tək bir düzgün
o, sənin içində, o, sənin üzündə
o, yerin üzündə, o, tək mümkün
o, güc dizində, o, gülüş hüzndə
hər kəsin izində, tək bir düzgün
[bənd 2] [aid]
danışmağa çox şey var, bu qədər ömür yaşayandan sonra
başqalarının da yükünü beldə daşıyandan sonra
içimdə peşmançılıq hissi yoxdur başladıq deyə
ulduz etmək istəsəniz də, biz qalxmadıq göyə
çox tərif yağdı, amma hansı içdən, hansı yalandan?
seçmək olmur üstdən isti baxışı soyuq salamdan
içimdə əminlik var, bilirəm, xoşdur gələcək
əgər, nəyəsə layiqiksə, boşdur başqa hər gerçək
sulanır indi hər dibçək, amma nə fayda?!
içilən zəhərdirsə, yaşamaz insan hətta böyük sarayda
bəsit insan çox sayda, öz planları ilə nəyisə arzulamaq
bir qayda, həyat nə hayda, biz nə hayda?!
nə qədər qəlb hələ də darda kömək gözləyir
içimdə qorxu var ki, bəzən kömək əlimi gözlədir
beyində suallar var ki, əsl həyat sorğusu
içimdə ruh var, onun içində azad olmaq arzusu…
[nəqərat] [ayka]
o, sənin içində, o, sənin üzündə
o, yerin üzündə, o, tək mümkün
o, güc dizində, o, gülüş hüzndə
hər kəsin izində, tək bir düzgün
o, sənin içində, o, sənin üzündə
o, yerin üzündə, o, tək mümkün
o, güc dizində, o, gülüş hüzndə
hər kəsin izində, tək bir düzgün
[skit]
[promete]
bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki
bəlkə, günəşi taparıq arxasında
amma orda heç ay da yox idi
[aid]
beyində suallar var ki, əsl həyat sorğusu
içimdə ruh var, onun içində azad olmaq arzusu…
[nəqərat] [ayka]
o, sənin içində, o, sənin üzündə
o, yerin üzündə, o, tək mümkün
o, güc dizində, o, gülüş hüzndə
hər kəsin izində, tək bir düzgün
o, sənin içində, o, sənin üzündə
o, yerin üzündə, o, tək mümkün
o, güc dizində, o, gülüş hüzndə
hər kəsin izində, tək bir düzgün
Lirik lagu lainnya:
- lirik lagu disappear fear - outside a small circle of friends
- lirik lagu byron "barry" reid - rggae gone international
- lirik lagu gramthart - real waste
- lirik lagu unknown artist - why don't you do it?
- lirik lagu le butcherettes - i'm queen
- lirik lagu lil pump - elementary, pt. 2
- lirik lagu travis - utopia
- lirik lagu murder at the dance club - mr. giggles
- lirik lagu nick havsen & l3n - game of raves
- lirik lagu fresh of breath air - blue