
lirik lagu promete - ofis himni
[bənd 1]
bitməz, işlər tələ kimidir, hələ ki gedir
günlər yelə düzülüb elə bil, külək kimidir
hələ nələr var öndə, biz bilmirik, bilə bilmərik
sabahları yaza~yaza gedərik
amma dünənləri silə bilmərik
[nəqərat]
dünənləri geridə burax
elə yaşa, sanki bu gün son gündür
sənə nə, nə olacaq sabah
bu həyat sanki tək bu gün üçündür
hər kəsi burax, hər şeyi unut
ən yaxşısı özün üçün yaşamaqdır
aldığın nəfəs buna sübut
özün üçün yaşa, sərf etmə vaxtı
[bənd 2]
yığıb şələ~şüləsini qaçmaq istəyir adam
şəhərin his~pasından uzağa
ya da başını salıb ədyalın altına
səssizcə sıxılmaq bucağa
nə qədər olar hər gün 9~6
kompot kimi bağlanmaq ofisdə?!
buna son qoy, istirahət götür
“отпуск”a çıx, dincəl, “off” istə
o qədər sənəd~sünəd, möhür~peçat
qaçıb, qovub gəlirsən həftəsonuna
işlərsə azalmır, artır hər şey
heç nə heç də düşmür yoluna
gələn həftəyə hazırladığın bütün planları sil
hamısını boş ver, təqvimdə xətt çək
üstündən də yaz: “istirahət üçün boş yer”
[nəqərat]
dünənləri geridə burax
elə yaşa, sanki bu gün son gündür
sənə nə, nə olacaq sabah
bu həyat sanki tək bu gün üçündür
hər kəsi burax, hər şeyi unut
ən yaxşısı özün üçün yaşamaqdır
aldığın nəfəs buna sübut
özün üçün yaşa, sərf etmə vaxtı
dünənləri geridə burax
elə yaşa, sanki bu gün son gündür
sənə nə, nə olacaq sabah
bu həyat sanki tək bu gün üçündür
hər kəsi burax, hər şeyi unut
ən yaxşısı özün üçün yaşamaqdır
aldığın nəfəs buna sübut
özün üçün yaşa, sərf etmə vaxtı
[bənd 3]
şəbəkəsi olan sosiallıq içində
hamı tək, hamı tək, hamı tək
hamı istəyir olmaq özü kimi
heç kim olmaq istəmir hamıtək
nə qədər fərq var, nə qədər eynilik
bu qədər fərqliliklə eyniyik
başa düşməyə çalışırıq ki, kimik
amma anlamaq istəmirik ki, neynəyirik
vaxtsa qumtək süzülür
barmaqlarımızın arasından
geri necə qaytaraq baş verənlərin
tutub harasından?
daha sadə və daha rahat
yanaşaq, bəlkə, olanlara?!
geri qalanları buraxıb geridə
sahib çıxaq qalanlara
[keçid]
dünənləri geridə burax
sənə nə, nə olacaq sabah
hər kəsi burax, hər şeyi unut
aldığın nəfəs buna sübut
[nəqərat]
dünənləri geridə burax
elə yaşa, sanki bu gün son gündür
sənə nə, nə olacaq sabah
bu həyat sanki tək bu gün üçündür
hər kəsi burax, hər şeyi unut
ən yaxşısı özün üçün yaşamaqdır
aldığın nəfəs buna sübut
özün üçün yaşa, sərf etmə vaxtı
dünənləri geridə burax
elə yaşa, sanki bu gün son gündür
sənə nə, nə olacaq sabah
bu həyat sanki tək bu gün üçündür
hər kəsi burax, hər şeyi unut
ən yaxşısı özün üçün yaşamaqdır
aldığın nəfəs buna sübut
özün üçün yaşa, sərf etmə vaxtı
Lirik lagu lainnya:
- lirik lagu neighbour andy - the ballad of bootstrap
- lirik lagu chino lamont - mentality
- lirik lagu mircan kaya - danalı bebek
- lirik lagu kyle echarri - nakupo
- lirik lagu faygee - beni
- lirik lagu deed0t - better days
- lirik lagu yeled. - .ילד - gveret taltalim, - גברת תלתלים
- lirik lagu scanlyplug! - haunted love
- lirik lagu the happy return - peppertree
- lirik lagu evanescence - the only one (album/remastered version)