lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu promete - nəsnə

Loading...

[giriş]
bakıda dumanlıdır hava bu ara
buludlar tez~tez enir aşağılara
havada qalmır daha damcılar
bəzək olur onlar yanaqlara

[nəqərat]
bizi bura gətirən
sevgi deyil, bəs nədir?
hisslərim çox qarışıq
bu, ayrı cür nəsnədir

[bənd 1]
gözün səma hadisəsidir sanki
tez~tez yağıntılar olur qonaq ona
bütün dünyanın axını dəyişir
səsin dəyən kimi mənim qulağıma

hisslərimi yaza~yaza gedirəm
fikrim uçur, aza~aza gedirəm
endirir səni də dağınıqlığım
hamı yaza, mən üzü payıza gedirəm

üç fəsli yaşayaq, olmasın qış
dağılmasın dünya biz tanımamış
qocalaq bir yerdə gəzib dünyanı
üzünü dartdırma, qoy qalsın qırış
[keçid]
indi qulağını səsim bəzər
ağ qulaqlıqlar sanki cüt zər
arada durub kənardan baxıram
çox yaxşı cütük, dəyməsin nəzər

[nəqərat]
bizi bura gətirən
sevgi deyil, bəs nədir?
hisslərim çox qarışıq
bu, ayrı cür nəsnədir

bizi bura gətirən
sevgi deyil, bəs nədir?
hisslərim çox qarışıq
bu, ayrı cür nəsnədir

[bənd 2]
dərim danışır məndən də yaxşı
tərim alnımdan üstünə axışır
çətin toxunuşların ortasında
gəlişinlə həyatıma vurdun naxışı

çətindir düşünmək səndən öncəni
qaynar həyatıma oldun kölgəlik
ürəyimdə çoxdur çoxuna yer
sənin üçünsə bura ayrı bölgədir
aşkar işarələr gərək deyil
aşiq yarımçıqdır, tək deyil
niyəsə hər şey çox qəribədir
solda vuran da ürək deyil

[keçid]
üzürük eşq adlı bir dərin dənizdə
bakının dumanı tutur əlimizdən
olan bütün söhbətlər gedəcək
qalacaq mahnılar xəmsətək bizdən

[nəqərat]
bizi bura gətirən
sevgi deyil, bəs nədir?
hisslərim çox qarışıq
bu, ayrı cür nəsnədir

bizi bura gətirən
sevgi deyil, bəs nədir?
hisslərim çox qarışıq
bu, ayrı cür nəsnədir


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...