lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu promete - 14 - 11 mart versiyası

Loading...

[giriş]
14!
o!

[bənd 1]
biz nəyin axtarışındayıq, görən?
bu illər nə öyrədir və ya nələr alır bizdən?
uşaqlıq oyunlarımız oyunlardan reala dönür
indi həyat məcbur edir, deşik axtar, qaç~gizlən!
nə qalacaq bizdən? nə? izlər?!

ya da özünə qapanıb içini boşalda bilməyən sözlər?
mən 20 ildir qələmə dostam
və 20 ildir boşdur poçtam
yazıram, cavab gəlmir
mən axtarışdayam
hər qarışda onu tapacağımdan əmin idim

amma yaş keçdikcə ümidim itir
labirintlərin ortasındayam
sözüm iti gündən~günə faydası nə?
öyrədin qaydasını
bəlkə həyat adlanan komediyada mən də rol aldım
~bir yerdə!~

[nəqərat]
qaçacam özümdən də
gizlənəcəm o ağacın kölgəsində
o ağacı özüm əkmişəm
ya da çəkmişəm
sonra silmişəm
siz həyatı ciddiyə aldıqca
mən oyun bilmişəm
ikiləşmişəm
bir tərəfim bağçaya gedəndə
bir tərəfim gedib işə
mən ən çox özümə gülmüşəm

[bənd 2]
illərin qazandırdığı qırışlardır
başqa heç nə!
olmur bu zolaqları
qırışlarsız keçmək
hər dəfə çətinliyə düşdükcə fikirləşirsən köçmək
amma nə dəyişəcək ki, bu köçlə?
qaça biləcəksənmi əsas köçdən?

həyat çapar, biz köhlən
gündən günə köhnəl və köhnəl
qədir ağacının meyvəsini yeyir kimlər ki
sən də ümid edirsən
yenə nə yığışmısan
sən yenə hara gedirsən, hə?


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...