lirik lagu pranga - yalan dünya
[bənd 1]
bir vidadır gözlərin, yaşıl rəngli əlvida
gedirəm, anamın dualarıdır yollarımda nərdivan
dayanacaqlar, hər pasaj, hər peron və hər liman
şahidimdir, gözlədim, gözləmərəm mən bir daha
sənin saçına dən düşürər mənim saçımı yolan dünya
davud oğlu süleymanı qızıl taxtdan salan dünya
qalan qalsın, öləni basdır, əlim kirdir, qələm pasdır
gecə toydur, səhər yasdır, yalan dünya (yalan dünya)
bir vidadır gözlərin, məni nə yaman ucuza satır
ömrü şeirə çevirmişəm saçlarını əruza qatıb
duzum, dadım, üzüm, adım, mahnılarım, istedadım
çiynim üstündə palan dünya, yalan dünya (yalan dünya)
bir vidadır gözlərin, məni nə yaman ağır süzür
məsafələrə yol çəkir, yollarımda cığır düzür
gözüm murov dağın süzür, xanın səsi, cıdır düzü
səni yadıma salan dünya, yalan dünya (yalan dünya)
[bənd 2]
bir vidadır gözlərin, dərin yaralarımda
çox danışdım xəyalınla siqaret aralarında
ömrün aralarında, taksi sıralarında
səni də məndən alan dünya, yalan dünya (yalan dünya)
bir vidadır gözlərin, uşaqlığım, təkliyim
çatıq qaşım, bəla başım, dalaşmışam bərkiyib
13 yaşım, ilk dumanım ciyərlərimə çəkdiyim
qədəhlərdə dolan dünya, yalan dünya (yalan dünya)
bir vidadır gözlərin, düz sinəmin dağına kimi
müşfiqimin bağına girib, rəssamın fırçasını qırıb
natəvanın nazını qırıb, ələsgərin sazını qırıb
öz sazını çalan dünya, yalan dünya
bir vidadır gözlərin, yola salır bu karvanı
məni unutma, xatirəndir bu karvanın sarvanı
qılıncımız kirmanı, verilib ölüm fərmanım
mən gedəndə qalan dünya, yalan dünya (yalan dünya)
Lirik lagu lainnya:
- lirik lagu ttyljojo - i’m sorry
- lirik lagu viniloversus - calaveras
- lirik lagu yung jara - og (outro)
- lirik lagu big brev - boots
- lirik lagu mage - enough
- lirik lagu dns - c'est pour tes sous
- lirik lagu nerrves - in my time
- lirik lagu patrickxxlee - lost boy anthem
- lirik lagu bsg rambo - give and go
- lirik lagu larcɇnia roɇ - happy fingers